Bakı-Sumqayıt-Bakı elektrik qatarları iki gün hərəkətdə olmayacaq 13:52 11.06.2020

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, 14 və 15 iyun tarixlərində (bazar günü və bazar ertəsi) hərəkətdə olmayacaq.

16 iyun tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq.