Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb 16:09 23.03.2020

Sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla,  Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir. Sərnişinlərin nəzərinə çatdırırıq ki,  həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar,  Sumqayıtdan isə Bakıya saat  17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.