Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir 15:19 08.11.2019

Məqsəd Dövlət Bayrağı Günü münasibətilə  Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir. Noyabrın 9-da bir istiqamətə təyin olunan  704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat  8:45-də Bakıdan yola düşəcək və  saat 13:00-da  Gəncəyə çatacaq. 
Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat  8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da  Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat  21:15-də  Bakıya çatacaq.