Bakı-Gəncə-Bakı istiqamətində 30 və 31 dekabr tarixləri üçün əlavə qatar təyin edilib 10:00 26.12.2019

“Azərbaycan Dəmir Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişlərin artan tələbatını təmin etmək məqsədilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib.

704/703 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin edilib. Belə ki, 30 və 31 dekabr tarixlərində əlavə təyin edilən qatar Bakıdan saat 08.00-da yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16.00-da geri yola düşəcək olan qatar saat 19:45-də paytaxtda olacaq.

Mövcud saat 08.45 Bakı-Gəncə və saat 17.00 Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcəklər.