ŞİMAL-CƏNUB DƏHLİZİ

Strateji baxımdan mühüm şəraitdə, Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünəməxsus körpü rolunu oynamışdır.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması üzrə də gərgin işlər gedir. Azərbaycan Respublikasının Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmasına, ümummilli lider Heydər Əliyev razılıq vermişdir. Məhz onun razılığından sonra bu istiqamətdə bir sıra mühüm işlər görülməyə başlandı. O vaxtdan başlayaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin rəhbərliyinin İran İslam Respublikası və Rusiya Federasiyasının Nəqliyyat Nazirlikləri və aidiyyati qurumların rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərdə bu məsələlər ətraflı müzakirə edilmişdir.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Təkcə Hindistan istisna təşkil edir ki, onun yalnız dəniz marşrutları ilə daşımalarda iştirakı nəzərdə tutulur. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

19-21 may 2004-cü ildə Moskva şəhərində Rusiya, Azərbaycan və İran dəmir dəmir yolu rəhbərlərinin üçtərəfli müşavirəsi keçirilmiş, burada beynəlxalq Konsersiumun yaradıliması, üç ölkənin (marketinq tədqiqatları) dəmir yollarına tranzit yük axınının cəlb edilməsi, birgə layihə-axtarış işləri, ümumi məsələlər və birgə işlərin koordinasiyası (əlaqələndirilməsi) məsələləri müzakirə edilmişdir.

2005-ci ilin iyul ayının 24-27-də isə İranın paytaxtı Tehran şəhərində keçirilən tədbirdə bir sıra hazırlıq işlərinin görülməsi planlaşdırılmışdı. Həmin tədbirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tikintisi, gələcək istismarı,  beynəlxalq Konsersiumun yaradılması və maliyyələşdirilməsi üsulları, hər bir tərəfin tikintidə payı, qoyulacaq əsaslı vəsaitin qaytarılması yolları və digər məsələlər müzakirə edilmişdir.

2005-ci il fevralın 9-da Bakıda keçirilən üçtərəfli görüşdə, əsasən, Rusiya, Azərbaycan və İran dəmir yollarının Qəzvin-Rəşt dəmir yolu xəttinin layihələşdirilməsi, tikintisi və gələcək istismarı, həmçinin Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu sahəsinin layihələşdirilməsi ilə əlaqədar təsis etdiyi Səhmdar Cəmiyyətin (SC) yaradılması, həmin cəmiyyətin nizamnamə kapitalının həcminin razılaşdırılması nəzərdə tutulmuşdur.

Bu istiqamətdə 2001-ci ildən başlayaraq müəyyən işlər görülmüşdür və hazırda da bu işlər davam etdirilir. Görülən işlərin məntiqi nəticəsi kimi Milli Məclis "Azərbaycanın Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulması barədə" qanun layihəsini təsdiq etmiş, ölkə başçısı İlham Əliyev 10 sentyabr 2005-ci ildə həmin qanunu imzalamışdır.

Qeyd etmək lazımdır ki, dəhlizin keçəcəyi dövlətlərin dəmir yolu müdiriyyətləri bu prosesin sürətləndirilməsinin tərəfdarı olduqlarını bildirmişlər. Yalama-Samur məntəqəsində Azərbaycan-Şimali Qafqaz dəmir yolları rəhbərlərinin görüşündə də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin regionumuzun iqtisadi inkişafındakı əhəmiyyəti, onun inkişafı istiqamətində həlli vacib məsələlər müzakirə edilmişdir. Həmin görüşdə eyni zamanda keçid məntəqəsində gecə-gündüz keçid rejiminin bərpa edilməsi, yoxlama proseduralarının sahənin müvafiq stansiyalarında aparılması və asanlaşdırılması üçün birgə komissiyanın yaradılması, həmçinin kommersiya, texniki, gömrük və sərhəd yoxlaması prosedurlarının sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi məsələləri müzakirə olunmuşdur.

Azərbaycan tərəfi bu dəhlizin açılması ilə əlaqədar 8, 4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini aparacaqdır. İlkin hesablamalara görə bunun üçün təxminən 60 milyard manat   həcmində vəsait tələb olunur. Tikinti üçün torpaq sahəsi ayrılmışdır. İlk mərhələdə 4 yoldan 2-si ilə kifayətlənmək olar. Gələcəkdə daşıma həcmi artdıqca əlavə tədbirlər görülməlidir.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması çərçivəsində Azərbaycan  Dəmir Yolunun İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün  Astara (Azərbaycan) və Astara (İran) dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında "Sərhəd dəmir yolu Sazişi" imzalanmışdır. İran tərəfi Astaraçay üzərində 101 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisini layihələşdirmiş və Azərbaycan tərəfi ilə razılaşdırmışdır. Burada tərəflərin 50 faiz payla iştirakı nəzərdə tutulur. İran tərəfi göstərilən körpüdən Astaraya (İran) qədər dəmir yolu tikintisini həyata keçirməlidir. Eyni zamanda dəmir yolunun mütəxəssisləri müxtəlif vaxtlarda Astara (Azərbaycan) - Astara (İran) sahələrində görüşlər keçirmiş, bu nəqliyyat dəhlizinin açılmasını sürətləndirmək üçün bir sıra məsələləri müzakirə etmiş, birgə müvafiq layihə-axtarış işləri həyata keçirmiş və qarşılıqlı Memorandum imzalamışlar.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması məsələləri mütəmadi olaraq keçirilən üçtərəfli görüşlərdə müzakirə obyekti olmuşdur. 27 sentyabr 2005-ci ildə Moskva şəhərində Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu xəttinin tikintisi layihəsi üzrə Azərbaycan, İran və Rusiya dəmir yolları nümayəndələrinin müşavirəsi keçirilmişdir.  Burada Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu xəttinin tikintisi və istismarı layihəsinin hazırlanmasının təşkili barədə razılığın həyata keçirilməsinin gedişi, layihənin icrasının başa çatdırılması üçün nəzərdə tutulan planlar haqqında məsələlər müzakirə edilmişdir.

2005-ci ilin 4-cü rübündə  Azərbaycan, İran və Rusiya dəmir yolları rəhbərlərinin Bakı şəhərində keçirilən üçtərəfli görüşündə layihənin gələcək icrası məsələlərinə baxılmışdır.

Hazırda dəmir yolunun Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşən Yalama-Astara sahəsində dəhlizlə ilkin mərhələlərdə nəzərdə tutulan 5 milyon tona qədər yük həcminin daşınmasının təmin edilməsi mümkündür. Proqnozlara görə, sonrakı mərhələdə, yük həcminin 10-15 milyon tona qədər artacağı gözlənilir ki, bunun da tam həcmdə təmin olunması və təhlükəsizlik normalarının qorunması üçün bir sıra texniki tədbirlərin görülməsi də zəruridir.

17-19  iyun 2008-ci ildə Bakı  şəhərində «Şimal-Cənub» beynəlxalq  nəqliyyat dəhlizinin reallaşması istiqamətində növbəti görüş keçirilmişdir. Tədbirdə «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi layihəsinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) xəttinin tikintisi ilə bağlı İran tərəfinin gördüyü işlər haqqında;  Əvvəlki üçtərəfli görüşlərdə imzalanmış sənədlərin icra vəziyyətinə baxılması; «Rusiya Dəmir Yolları» Açıq Səhmdar Cəmiyyətinin işlərin sürətləndirilməsi üçün layihə ilə bağlı «Birgə əməkdaşlıq konsepsiyası» təklifi və «Birgə əməkdaşlıq konsepsiyası»nın biznes-planının hazır­lanması məsəllələri müzakirə olunmuşdur.

Son vaxtlar “Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin  reallaşması istiqamətində mühüm addımlar atılmaqdadır. Bu dəhlizinin  ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn  vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvələr səfərbər olunub.

3-4 avqust 2015-ci ildə iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da İran İslam Respublikasında səfərdə olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti İran İslam Respublikası Prezidenti Həsən Ruhani və müvafiq qurumların rəhbərləri ilə görüşlər keçirmişdir.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundi və  nazir müavini-İİR-ın Dəmir Yolunun  baş direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüşlər keçirmiş, İran Dəmir Yolunun dispetçer mərkəzində hərəkətin idarə edilməsi ilə tanış olmuşdur. Keçirilən görüşlərdə hər iki ölkə üçün bu layihənin əhəmiyyəti  vurğulanmış, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi üzrə işçi qrupu yaradılması qərara alınmışdır.

9-10 oktyabr 2015-ci ildə  Astarada (Azərbaycan) Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası üzvlərinin ikitərəfli görüşü keçirilmişdir.

Görüşdə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı görülən işlərin gedişi müzakirə olunmuş, yaradılacaq infrastruktur barədə müzakirələr aparılmış, dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxış keçirilmişdir.

Görüşün sonunda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası çərçivəsində “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bağlantısı üzrə işçi qrupunun iclasının protokolu imzalanmışdır. Protokolu Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri  Cavid Qurbanov, İİR tərəfdən İİR-ın Dəmir Yolunun  baş direktoru Mohsen Purseyid Ağayi imzalamışlar.

2 noyabr 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanvla İİR Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Haj Fathaliha arasında görüş keçirilmişdir.

 Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.

Görüşdə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirələr aparılmışdır, Qeyd edilmişdir ki, ilk mərhələdə Astaraçay üzərində uzunluğu 101 metr olan körpünün birgə tikintisi, Astara (Azərbaycan) Astara (İran) dəmir yolu xəttinin İran sahəsində uzunluğu 1,7  km olan yolun və yük terminalının tikintisini İran tərəfi, Azərbaycan sahəsində 8,3 km yolun tikintisini isə Azərbaycan tərəfi həyata keçirəcəyi .

21 dekabr 2015-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi  çərçivəsində Astaracay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi üzrə Azərbaycan və İİR Dəmir Yollarının  İşçi Qurupun iclası keçirilmişdir.

İclasda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi  çərçivəsində Astaracay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi müzakirə olunmuşdur.

Müzakirələr zamanı bildirilmişdir ki, tərəflər 08-09 noyabr 2015-ci il tarixdə Tehran şəhərində mütəxəsislərin keçirmiş olduğu iclas protokolunun maddələrinin qüvvədə qaldığını təsdiq edirlər. İran tərəfi 14.12.2015-ci il tarixdə körpünün layihəsinin 5 variantını Azərbaycan tərəfinə təqdim etmiş, Azərbaycan tərəfi 16.12.2015-ci il tarixdə ikinci variantı (3x26,75) seçərək qəbul etdiyini İran tərəfinə məlumat vermişdir.

Müzakirələrdən sonra qərara alındı ki, Azərbaycandan İrana gedən istiqamətdə 1520 mm standartlı dəmir yolu xətti sağda, 1435 mm standartlı dəmir yolu xətti isə sol tərəfdə yerləşəcəkdir. İrandan Azərbaycan istiqamətində isə 1520 mm standartlı dəmir yolu solda, 1435 mm standartlı dəmir yolu xətti isə sağda yerləşəcəkdir.

Eyni zamanda, 27 dekabr 2015-ci ildə dəmir yolu  və sərhəd xidmətinin səlahiyyətli nümayəndələrinin iştiraki ilə layihə yerində görüşün təşkil olunması və köprünün sıfır nögtəsinin təyin olunması qərara alınmışdır.

12 yanvar 2016-cı ildə ““Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər” adlı Beynəlxalq Forum - dialoq keçirilmişdir.

 Forumda  «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, «İran Dəmir Yolları» şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi, İran Nəqliyyat və şəhərsalma nazirinin müavini Mohəmməd Seyidnejat, «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze, «Ukrayna Dəmir Yolu» SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy iştirak etmişlər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov iclasda çıxış edərək bildirmişdir ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

8 fevral 2016-cı il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC arasında əlverişli əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş yığıncaq keçirilmişdir.

Tədbir “Azərbaycan Dəmir Yolları” QSC-nin cədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında əldə olunmuş  razılığa uyğun olaraq baş tutmuşdur. 

Yığıncaqda Rusiya Federasiyası-Azərbaycan Respublikası istiqamətində yükdaşımaların təşkili, Azərbaycan Respulikasının tranzit potensialının inkişaf etdirilməsi, həmçinin maraqlı dövlətlərin cəlb edilməsi şərtilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi  məsələləri  müzakirə olunmuşdur.

“Rusiya Dəmir Yolları” ASC, “RDY Logistika” SC, “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Ekspress” MMC-nin  nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikası, həmçinin Hindistan Respublikası (Cavahirləl Nehru limanı (Nava-Şeva) - İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama),

 Rusiya Federasiyası (Samur-Moskva);  Hindistan Respublikası (Cəvahirləl Nehru limanı (Nava-Şeva)-İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Sankt Peterburq);

 Hindistan Respublikası (Cəvahirrləl Nehru limanı  (Nava-Şeva)-İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Buslovskaya) - Finlandiya Respublikası (Helsinki) və İran İslam Respublikası (Tehran-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Moskva) marşrutları üzrə  yük daşıma, nəqliyyat-ekspeditor xidməti, yüklərin boşaldılması və saxlanılması sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişlər.

Müzakirələrdən sonra tərəflər yükdaşıma marşrutlarında müvafiq dərəcələrin müəyyən edilməsi üzrə razılığa gəlmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasina rəsmi səfəri çərçivəsində

23 fevral 2016-cı ildə  bir sıra sənədlər imzalanmışdır.

“Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə”ni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini, Dəmir Yolları Şirkətinin baş direktoru Möhsün Purseyid Ağayi imzalamışlar.

“Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolu” Qapalı Səhmdar Cəmiyyəti “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu və əks istiqamətdə yük daşınmasının təşkili hesabına yük axınlarının Azərbaycan və Rusiya dəmir yollarına cəlb edilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər.

Layihənin logistik operatorları “RJD Logistika” SC və “ADY Express” olacaq. Həmin marşrutlar üzrə hərəkəti 2016-cı il martın sonunadək işə salmaq planlaşdırılır.

Hazırda Hindistandan Rusiyanın Avropa hissəsinə yüklərin çatdırılması dəniz daşımaları (A marşrutu) hesabına təmin edilir. Nava-Şeva limanından Moskvaya qədər yol təqribən 40 gün təşkil edir. Yeni multimodal “B” marşrutu dəniz, dəmir yolu və avtomobil nəqliyyatından istifadəni ehtiva edir və daşıma müddətini iki dəfə azaltmağa imkan verir. Perspektivdə həmin müddət 14 gün olacaq.

Hazırda Texniki-İqtisadi Əsaslandırma üzərində işlər davam etdirilir. Azərbaycan tərəfi 8,3 km dəmir yolunun və Astaracay üzərində 101 metr uzunluğunda körpünün tikintisini  həyata keçirəcək.