09 dekabr 2018-ci ildən sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək 12:23 30.11.2018

09 dekabr 2018-ci il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.

Yeni hərəkət cədvəlində 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarının tərkibində əlavə olaraq Bakı-Dnepr-Bakı qoşma plaskart vaqonu hərəkət edəcək.

Qatarların yeni hərəkət cədvəlləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin www.ady.az

saytında, Azərbaycan Dəmir Yolları QSC / Azerbaijan Railways CJSC rəsmi facebook eləcə də ady_qsc instaqram səhifələrində yerləşdiriləcək.