Xıdırlı - Qaragünə mənzilində 7 km dəmir yolu əsaslı təmir olunur 10:22 14.06.2018

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir. Mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli materiallarla əsaslı təmiri aparılır.

Təmir işlərini “Dəmiryolservis” MMC həyata keçirir.

Hazırda Xıdırlı-Qaragünə mənzilində 7 kilometrlik yolun əsaslı təmir işləri icra olunur.

Onu da xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1960-cı illərdə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq,  bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlər böyük əhəmiyyət kəsb edir.