Dəmiryolçular ulu öndər Heydər Əliyevin xatirəsini yad etdilər 13:49 10.05.2018

Mayın 10-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhdar Cəmiyyətinin sədri Cavid Qurbanov və dəmiryolçular inzaibati binada ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyublar, xatirəsini hörmətlə yad ediblər.

Qeyd edək ki, bu günlərdə Azərbaycanda və Azərbaycan həqiqətlərinin tanındığı hər yerdə, ulu öndər Heydər Əliyevin  anadan olmasının 95 illiyi ilə bağlı tədbirlər keçirilir. Bu da təsadüfi deyil. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti tariximizə məhz şərəf salnaməsi kimi daxil olub. İndi hamımızın mübarizə yoluna və ölməz ruhuna güvənc yeri kimi baxdığımız ulu öndər yeni Azərbaycanın yaradıcısı və qurucusudur.

Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmir yoluna daim qayğısı sayəsində həyata vəsiqə alıb.  Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı.

Bu gün ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən şərəflə davam etdirilən irihəcmli islahatlar uğurla həyata keçirilir.