Naxçıvan-Məşhəd - Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək 13:01 13.04.2018

Aprelin 15-dən 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

Belə ki, qatar Naxçıvandan 15.04.2018-ci ildən etibarən həftənin VII günləri (bazar günləri) yola düşəcəkdir, Məşhəd stansiyasına 17.04.2018-ci ildən etibarən həftənin II günləri çatıb və geriyə 18.04.2018-ci il  tarixdən etibarən həftənin III günləri yola düşəcəkdir. Qatar Naxçıvana 19.04.2018-ci il  tarixdən etibarən həftənin IV günləri çatacaqdır.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu  və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur.