Sərnişinlərin nəzərinə! 12:40 12.05.2017

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bildirir ki, 12 və 22 may 2017-ci il tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, “Koroğlu”-Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən “KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində ödənişsiz daşınması təmin ediləcək.