İkitərəfli əməkdaşlıq genişləndirilir 11:26 21.04.2017

“Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

 “Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka, eləcə də səfirin müşaviri Andjey Yankovski ilə görüş keçirilib.

Səmimi dostluq şəraitində keçən ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka çıxış edərək beynəlxalq və regional layihələrin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri, həmçinin dəmir yolunda həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.