“Azərbaycan dəmir yolu. Tarixə nəzər” kitabı təhsil müəssisələri və kitabxanalara hədiyyə edilib 10:00 23.04.2021

“Azərbaycan Dəmir Yolları” QSC 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar yeni çap olunmuş “Azərbaycan dəmir yolu. Tarixə nəzər” adlı kitabını ali təhsil müəssisələrinə, eləcə də Mədəniyyət Nazirliyinin nəzdində olan kitabxanalara hədiyyə edib.

Dəmir yollarının yaranmasının 140 illik yubileyi münasibətilə hazırlanmış bu kitab polad magistralımızın tarixini xronoloji ardıcıllıqla, tam və dolğun şəkildə əks etdirən ilk əsərdir. Belə ki, kitabda dəmir yollarının Azərbaycan tarixinin ən vacib məqamları, ölkəmizin iqtisadiyyatı, sosial həyatı və mədəniyyətinin inkişafında oynadığı rol işıqlandırılıb. Həmçinin tarixi araşdırmalarla zəngin kitabda yer almış bir çox fotoşəkil ilk dəfə çap olunub.