6 İyul 2020

Bakı-Sumqayıt elektrik qatarlarının sayı azaldılıb

Bakı-Sumqayıt elektrik qatarlarının sayı azaldılıb

Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılmasını nəzərə alaraq, 7 iyul 2020-ci il tarixindən etibarən əlavə göstərişədək Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən aşağıdakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır:

  • Bakıdan 07:38-də yola düşən 6003 Bakı-Xırdalan-Sumqayıt qatarı
  • Bakıdan 16:50-də yola düşən 6013 Bakı-Xırdalan-Sumqayıt qatarı
  • Bakıdan 18:45-də yola düşən 6617 Bakı-Pirşağı-Sumqayıt qatarı
  • Bakıdan 20:25-də yola düşən 6027 Bakı-Xırdalan-Sumqayıt qatarı
  • Sumqayıtdan 06:55-də yola düşən 6002 Sumqayıt-Xırdalan-Bakı qatarı
  • Sumqayıtdan 08:35-də yola düşən 6010 Sumqayıt-Xırdalan-Bakı qatarı
  • Sumqayıtdan 17:30-da yola düşən 6618 Sumqayıt-Pirşağı-Bakı qatarı
  • Sumqayıtdan 19:28-də yola düşən 6026 Sumqayıt-Xırdalan-Bakı qatarı