“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ HƏRRAC ELAN EDİR 10:33 19.02.2020

 “Hərrac - Lot-1: 500 ton qara metal, Lot-2: 300 ton yararsız rels, Lot-3: 300 ton çuqun, Lot-4: 300 ədəd ağac şpal”

 

 

 

 

Hərrac 4 (dörd) lot üzrə keçirilir:

Lot-1: 500 ton qara metal, ilkin start qiyməti 190 ( yüz doxsan ) manat

Texniki göstəricilər

Yararsız yük vaqonları, dəzgah və digər avadanlıqlardan əldə olunan qara metal

Alıcı tərəfindən doğranılıb daşınması şərti ilə

 

Lot-2: 300 ton yararsız rels, ilkin start qiyməti 210 (iki yüz on) manat

Texniki göstəricilər

Dəmir yollarında istismara yararsız relslər

Alıcı tərəfindən sökülərək daşınması şərti ilə


Lot-3: 300 ton çuqun, ilkin start qiyməti 160 ( yüz altımış) manat

Texniki göstəricilər

İstismara yararsız çuqun əyləc qəlibləri

Alıcı tərəfindən daşınması şərti ilə

 

Lot-4: 300 ədəd ağac şpal, ilkin start qiyməti 5 ( beş) manat

Texniki göstəricilər

Dəmir yolundan çıxarılmış yararsız ağac şpal

Alıcı tərəfindən daşınması şərti ilə

 

  1. Hərracın keçirilmə forması:

 

  1. Material qiymətlilərinin tam adı, miqdarı, ilkin start qiyməti, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı;
  2. Hərracda iştirak haqqının məbləği;
  3. Material qiymətlilərinin start qiymətinin 10% həcmində behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı;
  4. Hərracda iştirak etmək üçün təqdim edilməsi tələb olunan sənədlərin siyahısı;
  5. Sifarişlərin qəbulunun başlanma və başa çatma tarixləri;
  6. Sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları;
  7. Sənəd qəbuluna məsul şəxsin adı, soyadı, vəzifəsi və əlaqə telefonları;
  8. Hərracın baş tutması üçün ən azı iki alıcının iştirakı vacibdir.

Hərracda iştirak etmək istəyənlər hər bir lot üzrə iştirak haqqını 200 (iki yüz) manat göstərilən hesaba köçürdükdən sonra tələb olunan sənədlər toplusunu Bakı şəhəri, Dilarə Əliyeva 230 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti) ünvanına əlaqələndirici şəxs: Yük daşımaları Departamentinin Vaqon xidmətinin aparıcı mühəndisi Abasov Vüsal, tel.: (+ 99412) 499-41-77 email: v.abasov@ady.az təqdim etsinlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır!

Təşkilat:”Azərbaycan Dəmir Yolları”QSC-nin Maliyyə İdarəsi

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN); AZ47İBAZ38150018409345061205 (USD); AZ64İBAZ38150018109345061205 (RUR); VÖEN: 9900007721

Bank: Azərbaycan Beynəlxalq Bankı ASC “Nəqliyyat” filialı Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: IBAZAZ2X

 

  1. Alıcılar hərracda iştirak etmək üçün aşağıdakı sənədləri Mərkəzi Hərrac Komissiyasına (MHK) təqdim etməlidirlər:

2.1 Hərracda iştirak üçün ərizə (əlavə 1);

  1. Hərracın nəticələrinə uyğun olaraq, qalib gəldiyi təqdirdə material qiymətlilərinin mütləq alınacağı barədə təminat məktubu;
  2. Satıcı tərəfindən müəyyən edilmiş hesaba iştirak haqqının və behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
  3. Hüquqi şəxslər üçün təsis sənədlərinin (nizamnamə, AR Vegilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarış, iştirak edəcək şəxsin şəxsiyyət vəsiqəsinin surəti) müəyyən olunmuş (notarial) qaydada təsdiq edilmiş surətləri və bank rekvizitləri;
  4. Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin müəyyən olunmuş (notarial) qaydada təsdiq edilmiş surəti;
  5. Hərraclarda iştirak etmək üçün ərizə hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, o, özünün sifarişçisi (alıcısı) adından hərəkət etmək hüququnu təsdiq edən sənədi (etibarnamə) təqdim etməlidir.

 

Hərrac 18 mart 2020-ci il tarixində, saat 10:00-da Bakı şəhəri Dilarə Əliyeva 230 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binası, otaq - 205) ünvanında keçiriləcəkdir.

Qeyd: Hərracın keçirilməsinə 5 (beş) gün qalmış hərracda iştirak etmək üçün tələb olunan sənədlərin qəbulu dayandırılır.

 

 

                                       MƏRKƏZİ HƏRRAC KOMİSSİYASI