5 İyun 2020

Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkəti iki günlük dayandırılır

Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkəti iki günlük dayandırılır

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq. Xatırladaq ki, qərara əsasən,  6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.