13 Aprel 2020

Bakı Limanında ilk dəfə olaraq tökmə yükün konteyner vasitəsilə daşınması həyata keçirilib

Bakı Limanında ilk dəfə olaraq tökmə yükün konteyner vasitəsilə daşınması həyata keçirilib

Bakı Limanında ilk dəfə olaraq tökmə yükün konteyner vasitəsilə daşınması həyata keçirilib. Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC arasında əməkdaşlıq sayəsində mümkün olub.

Türkmənistandan daxil olmuş 1300 ton karbamid Bakı Limanında inşa edilən və tökmə yükün konteynerə boşaldılmasını təmin edən xüsusi qurğu vasitəsi ilə 62 ədəd 20 funtluq konteynerə yüklənərək Türkiyəyə yola salınıb. 

Xatırladaq ki, cari ilin 17 yanvar tarixində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə “ADY Konteyner” MMC arasında Orta Dəhliz (Middle Corridor) üzrə konteyner yükdaşımaları sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və birgə koordinasiyası, eyni zamanda, əməliyyat proseslərinin bütün mərhələlərində əməkdaşlığa dair razılaşma sənədi imzalanıb.