19 Mart 2020

Bayram günlərində Abşeron dairəvi dəmir yolu sərnişinlərin istifadəsində olacaq

Bayram günlərində Abşeron dairəvi dəmir yolu sərnişinlərin istifadəsində olacaq

Martın 20-dən Abşeron dairəvi dəmir yolu bütün stansiya və dayanacaqlar daxil olmaqla, sərnişinlərin ixtiyarına verilir. Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının  hərəkət cədvəli müəyyənləşib.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarların bu hərəkət qrafiki məhz bayram günləri üçün nəzərdə tutulub. Cədvəl martın 20-dən 28-dək (28 mart tarixi daxil olmaqla) qüvvədə olacaq. Qatarların həmin tarixdən sonrakı hərəkət cədvəli barədə əlavə məlumat veriləcək. 
Qatarların hərəkət qrafiki və tariflərlə daha ətraflı aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz.