10 Mart 2020

Yük qatarlarında dezinfeksiya işləri davam etdirilir

Yük qatarlarında dezinfeksiya işləri davam etdirilir

Koronavirusla bağlı “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda dezinfeksiya tədbirlərini davam etdirir. Sərhəd keçid məntəqələrində sərnişin stansiyaları ilə yanaşı yük qatarlarında da dezinfeksiya işləri aparılır.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları İran İslam Respublikasından ölkə ərazisinə daxil olan yük qatarlarında müntəzəm qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, koronavirusla mübarizə tədbirləri Yalama və Böyük Kəsik sərhəd keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin  əməkdaşları ilə birgə  aparılır.

Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir.

Xatırladaq ki, koronavirusun  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyət göstərir: +994 12 499 61 11