4 Mart 2020

Qatarlar və stansiyalarda dezinfeksiya işləri davam etdirilir

Qatarlar və stansiyalarda dezinfeksiya işləri davam etdirilir

Koronavirusla bağlı “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, xüsusilə də əhalinin daha çox istifadə etdiyi Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarlarında dezinfeksiya tədbirlərini davam etdirir.

Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir. Dezinfeksiya işləri gündə iki dəfə aparılır.

Xatırladaq ki, koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyətə başlayıb: +994 12 499 61 11