Çexiya ilə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub 14:08 05.02.2020

“Azərbaycan Dəmir Yolları” QSC-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə ölkəmizdə dəmir yollarında aparılan islahatlardan danışıb. O bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində işlər davam etdirilir, dəmir yolu infrastrukturunun yenidənqurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Cəmiyyətin sədri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsində görülən işlər, qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, Çexiya şirkətləri üçün investisiya imkanları barədə məsələlər müzakirə olunub.
Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.