“Azərbaycan Dəmir Yolları” QSC Fransanın “Alstom” şirkəti ilə müqavilə imzalayıb 0:00 29.07.2019

İyulun 29-da Bakıda “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom” şirkəti arasında lokomotivlər parkına dair texniki dəstəyin göstərilməsi üzrə müqavilə imzalanıb.

Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Alstom” şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.