RƏHBƏRLİK
Qurbanov Cavid Qənbər oğlu
Qurbanov Cavid Qənbər oğlu CƏMIYYƏTİN SƏDRİ

Doğulduğu tarix –19.09.1958

Doğulduğu yer – Kəlbəcər rayonu, Ağdaban kəndi

Milliyyəti – azərbaycanlı

Təhsili – ali, 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir.

İxtisası – mühəndis-mexanik

Əmək fəaliyyəti:

01.09.1975-25.08.1976 - Kəlbəcər şəhərində elektroenergetika sahəsində elektrik montyoru

27. 08. 1977-  25.10. 1977  -  26 Bakı Komissarı adına mətbəədə mütəxəssis

15.11.1977 – 01.11.1979 – hərbi xidmət

03.12.1979 -  24.04. 1980  -  26 Bakı Komissarı adına mətbəədə mütəxəssis

03.06. 1980-22.12. 1981- "Azərdövlət" Layihə İnstitutunda xətçəkən

18.01.1982-12.11.1987- "Azərnəqliyyattikinti" Trestinin avtobazasında baş mexanik, rəis müavini  

12.11.1987-10.01.1992 - "Elektromexanikləşdirmə" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor

10.01.1992-20.05.1993 – Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Respublika İxtisaslaşdırılmış İstehsalat     Avtomobil Nəqliyyat Birliyində baş direktor

21.05.1993-16.11.1994 -  "Azəravtoyol" Dövlət Şirkətində Prezident

04.05.1995-08.08.1995 - "Avtoərzaqnəqliyyat" Birliyində baş direktor

30.08.1995-18.02.1997- Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı bölməsinin Təchizat şöbəsində rəis

18.02.1997-16.12.1997 – ADDY "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis

16.12. 1997-23.06.2003 – Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini - "Azərdəmiryolservis" İB-də rəis

23.06.2003-26.02.2007 – Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin  "Yolnəqliyyatservis" Departamentində rəis

26.02.2007 - 09.02. 2015 - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis" Açıq Səhmdar Cəmiyyətində sədr

09.02. 2015- hal-hazırda - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

 

123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvü

Texniki elmlər namizədi, Yeni Azərbaycan Partiyasının üzvü

Süleymanov Əlirza Məmməd oğlu
Süleymanov Əlirza Məmməd oğlu CƏMİYYƏT SƏDRİNİN BİRİNCİ MÜAVİNİ
Novruzov Zaman Müdhət oğlu
Novruzov Zaman Müdhət oğlu CƏMİYYƏTİN SƏDR MÜAVİNİ
Valehov Hicran Qardaşxan oğlu
Valehov Hicran Qardaşxan oğlu CƏMİYYƏTİN SƏDR MÜAVİNİ
Hüseynov İqbal Əli oğlu
Hüseynov İqbal Əli oğlu CƏMİYYƏTİN SƏDR MÜAVİNİ
Aslanov Vüsal Yusif oğlu
Aslanov Vüsal Yusif oğlu CƏMİYYƏTİN SƏDR MÜAVİNİ

Qəbul  vaxtı: Hər həftənin bazar ertəsi saat 14:00-dan 18:00-dək

 

1958-ci ildə anadan olub. Ali təhsillidir. Lenin Ordenli və Qırmızı Əmək Bayrağı Ordenli Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dəmir Yolunun Bakı Lokomotiv deposunda briqadir və sonra mühəndis vəzifəsində başlamışdır. 1982-1985-ci illərdə Azərbaycan Dəmir Yolun Biləcəri Lokomotiv deposunda usta, briqadir və böyük mühəndis vəzifəsində, 1985-1988-ci illərdə  Biləcəri Lokomotiv deposunun partiya komitəsi katibinin müavini vəzifəsində,

1988-ci ildə   Biləcəri Dəmiryol qovşağinın partiya komitəsi katibinin müavini vəzifəsində, 1988-1989-ci illərdə Azərbaycan Dəmir Yolun Bakı hissəsinin Kadrlar şöbəsinin rəisi vəzifəsində, 1989-1990-ci illərdə Bakı hissəsi rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində, 1990-1991-ci illərdə Azərbaycan Dəmir Yolun Bakı Vaqon deposunun rəisi vəzifəsində,

1991-1993-ci illərdə Azərbaycan Dəmir Yolun Kadrlar şöbəsi rəisinin müavini vəzifəsində, 1993-1996-ci illərdə Azərbaycan Dəmir Yolun Refrijerator vaqon deposunun rəisi vəzifəsində, 1996-1997-ci illərdə Azərbaycan Dəmir Yolunun ”Sərnişindaşınma” istehsalat birliyinin rəisi - Dəmir Yolu rəisinin müavini vəzifəsində, 1997-2010-ci illərdə Azərbaycan Dəmir Yolu rəisinin müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2010-cu il tarixli 747 nömrəli Sərəncamı ilə “Azərbaycan Dəmir yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Fəxri Dəmiryolçudur.

Ailəlidir, 2 övladı var.

1958-ci ildə anadan olub. Ali təhsillidir. 1980-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1980-ci ildən əmək fəaliyyətinə başlamışdır.

1980-1981-ci illərdə Azərbaycan Quraşdırma və Xüsusi İnşaat işləri Nazirliyinin «Azərneftquraşdırma» trestində  mühəndis, 1981-1982-ci illərdə «Azərneftkimyaquraşdırma» trestinin 3 №-li Bakı Quraşdırma İdarəsində   usta, 1982-1987-ci illərdə həmin idarədə  iş icraçısı, sahə rəisi, 1987-1988-ci illərdə  «Azərneftkimyaquraşdırma» trestinin  2 №-li Sumqayıt Quraşdırma  İdarəsində baş mühəndis, 1988-1990-cı illərdə idarə rəisi, 1990-1996-cı ilərdə Azərbaycan Quraşdırma və Xüsusi İnşaat işləri Nazirliyinin Bakı Quraşdırma İdarəsində   rəis, 1996-2001-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin  «Su tikinti» birliyinin rəisi, 2001-2006-cı illərdə ARSSC-nin vitse-prezidenti, eyni zamanda Su Satış müəssisəsinin müdiri, 2006-2011-ci illərdə «AzərSu» ASC-nin vitse-prezidenti, 2011-ci ildən «Azəraqrartikinti» ASC-də müşavir, vitse-prezident vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli 1739 nömrəli Sərəncamı ilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.

Ailəlidir, 3 övladı var.

5 iyun 1968-ci ildə anadan olub. 1993-cü ildə  Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Avtomobil yolları” fakültəsini bitirib və yol mühəndisi ixtisasına yiyələnib. 4 elmi məqaləsi dövrü mətbuatda çap olunub. 

1993-1994-cü illərdə 1 saylı Yol Təmir Tikinti İdarəsində II dərəcəli mühəndis, I dərəcəli mühəndis və aparıcı mühəndis vəzifələrində işləyib.

1994-1997-ci illərdə “Azəravtoyol” Dövlət Şirkətinin “Yol Fondu İdarəsi”ndə müfəttiş, 1997-2002-ci “Elm İstehsalat Mərkəzi”ndə I dərəcəli mühəndis və aparıcı mühəndis vəzifələrində çalışıb.

2003-2004-cü illərdə “Yolnəqliyyatservis” Departamentində Layihələrin İdarə edilməsi və Donorlarla İş üzrə baş mütəxəssis, 2004-2007-ci illərdə İnvestisiya şöbəsinin rəisi vəzifəsində işləyib. 

2007-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini və İnvestisiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

06.04.2015 - 26.01.2016-cı illərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müşaviri vəzifəsində çalışıb.        

Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli 1740 nömrəli Sərəncamı ilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.

 

Texnika elmləri namizədidir. Ailəlidir.

2 övladı var.

Tel: (012) 499-45-22

Email: I.Huseynov@railway.gov.az

Qəbul vaxtı: Hər həftənin çərşənbə günü saat 14:00-dan 18:00-dək

 

1958-ci ildə anadan olub. Ali təhsillidir.

1984-cü ildə Moskva Lenin ordeni və Dəmiryol Mühəndisliyi İnstitutunu bitirmişdir.

1979-1981-ci illərdə hərbi xidmət etmişdir.

İş fəaliyyətini 1984-cü ildə Biləcəri stansiyasında post nəzarətçisi vəzifəsində başlamışdır.

1981-ci ildə Sumqayıt şəhərində anadan olub.

2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirib.

2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsinifərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb.

2004-cü ildən “Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra 05.2005-10.2005 tarixlərində Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.

2005-2006 illərdə Hərbi Xidmətdə olub.

2006-2013 illərdə “Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib. 

2010-2014 illərdə “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 

2013-2015 illərdə “Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 

2014-2015 illərdə əlavə iş yeri olaraq, “Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 

09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək “Azərbaycan Dəmir Yolları” QSC-nin Sədrinin müşaviri kimi fəaliyyət göstərib 

Azərbaycan Respublikası Prezidentinin 20.07.2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini vəzifəsinə təyin edilib.

Evlidir, 3 övladı var.