Sumqayıt-Yalama dəmir yolu xəttinin bərpası

“Dəmir yolları sektorunun inkişafı proqramı” çərçivəsində həyata keçirilən Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması (süni qurğular da daxil olmaqla) layihəsi barədə.  

Ümumi məlumat

Avrasiya məkanında əlverişli coğrafi mövqeyi sayəsində Azərbaycan Respublikası ticarət, nəqliyyat-kommunikasiya əlaqələrini özündə birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin təmas xəttində yerləşir.

Bu mövqe, ölkəmizin tranzit potensialının artırması, regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük imkanlar açmışdır.

Bu imkanlardan lazımınca faydalanmaq üçün Azərbaycan Hökuməti tərəfindən respublikanın  nəqliyyat sisteminin, xüsusilə də əsas nəqliyyat növlərindən biri olan dəmir yollarının yenidən qurulması və bərpası istiqamətində iri miqyaslı layihələr həyata keçirilməkdədir.

Hazırda, respublikanın dəmir yolları şəbəkəsi üzrə icra olunan işlər davamlı olaraq ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanılmaqla Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə yanaşı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissələrini də əhatə etməkdədir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş təsisçi dövlətlər olan Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan Respublikası arasında 2000-ci ilin sentyabr ayında imzalanmış, 2002-ci ilin may ayında qüvvəyə minmişdir.  Azərbaycan Respublikası bu Sazişə 2005-ci ilin sentyabr ayında qoşulmuşdur.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması Avropa Birliyi ölkələrinin, Rusiya Federasiyasının  Fars körfəzi və Hindistana çıxışını, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə nəqliyyat əlaqələrinin intensivləşməsini təmin edəcəkdir.

İstiqamətlər

Yük dövriyyəsi

(mln. ton)

Maliyyə dövriyyəsi

(mlrd. $)

 Hindistan – Avropa Birliyi

 29.3

 60.5

 Hindistan - Rusiya

 9

 7.7

 İran – Avropa Birliyi

 18.9

 15.2

 İran – Rusiya

 4.4

 2.2

 Pakistan – Avropa Birliyi

 5.2

 12.8

 Pakistan – Rusiya

 0.7

 0.4

 Fars körfəzi ölkələri – Rusiya

 4.4

 2.4

 İraq - Rusiya

 0.2

 0.9

 Cəmi

 72.1

 102.1

 

Mənbələr: Birləşmiş Millətlərin Komtreyd məlumat bazası, Avropa Ticarət Komissiyası, Rusiya Dövlət Statistika Xidməti

Yuxarıdakı cədvəldən göründüyü kimi dəhliz böyük yük potensialına malikdir. Bu yükün bir qisminin Azərbaycan Respublikasının ərazisindən keçən marşruta cəlb olunması ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artımına öz töhfəsini verəcəkdir.

Azərbaycan Respublikasının ərazisində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yolu xətti Rusiya Federasiyasi ilə dövlət sərhədindən başlayaraq İran İslam Respublikası ilə dövlət sərhədində başa çatır.

Yalama-Astara dəmir yolu marşrutu aşağıdakı hissələrdən ibarətdir:

 

Dəmir yolu hissəsi

Xəttlərin sayı

İstismar uzunluğu, km

Açılmış uzunluğu, km

Qeyd

1.

Biləcəri – Yalama dəmir yolu xətti

 2

 192,0

 384,0

Yolun 24,0 km hissəsi Bakı-Sumqayıt layihəsi çərçivəsində əsaslı təmir olunmuşdur.

166.5 km uzunluqda Sumqayıt-Yalama hissəsi üzrə yenidənqurma işlərinə hazırlıq görülür.

2.

Biləcəri-Ələt baş dəmir yolu xətti

 2

 70,0

 140,0

Bakı-Böyük Kəsik dəmir yolu xətti layihəsi çərçivəsində təmir işləri aparılmaqdadır.

3.

Ələt baş – Osmanlı dəmir yolu xətti

 2 

 60,5

 119,5

Yolun 1,5 km bir xətli, 59,0  km isə iki xətlidir.

4.

Osmanlı – Astara dəmir yolu xətti

 1

 184,0

 184,0

Tikinti-quraşdırma işlərinə başlanılması üçün hazırlıq görülür.

5.

Astara-İİR ilə sərhəd dəmir yolu xətti

 1

 8,3

 8,3

Yeni inşa olunmuşdur.

 

CƏMİ:

 

 514,8

 835,8

 

 

Dəhlizin potensialını və ölkə iqtisadiyyatı üçün əhəmiyyətini nəzərə alaraq, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1608 nömrəli 07 dekabr 2015-ci il tarixli Sərəncamına əsasən Astara (Azərbaycan) dəmir yolu stansiyasından Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədinə qədər 8,3 kilometr uzunluqda dəmir yolu xəttinin və Astara çayı üzərində dəmir yolu körpüsünün inşası işləri qısa müddət ərzində həyata keçirilərək əsaslı olaraq başa çatdırılmışdır.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında dəmir yolu infrastrukturunun yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

Layihənin hazırlanması

Azərbaycan Respublikası Hökumətinin 2016-cı ildə Asiya İnkişaf Bankına müraciətinə uyğun olaraq Bank Sumqayıt-Yalama dəmir yolu hissəsində təqribən 333,0 (166.5) km yolun yenidən qurulması layihəsini “Dəmir yolları sektorunun inkişafı investisiya proqramı” adı altında özünün Azərbaycan üzrə 2017-2019-cu illər üçün Kredit Proqramına daxil etmişdir.

Proqram çərçivəsində komponentlər üzrə hazırlıq mərhələsinin icrası üçün Asiya İnkişaf Bankı tərəfindən əvəzsiz Texniki Yardım ayrılmışdır. Bu texniki yardım çərçivəsində Bank tərəfindən seçilmiş Fransanın “Systra” və Azərbaycanın “ARPA” məsləhətçi şirkətlər birliyi tərəfindən Sumqayıt-Yalama dəmir yolu xətti üzrə texniki-iqtisadi əsaslandırma, ilkin layihə, sosial və ekoloji təsirlərin qiymətləndirilməsi hesabatları, torpaqalma və köçürülmə sənədi, tender sənədləri toplusu hazırlanmışdır. 

Layihə üzrə müfəssəl layihələndirmə, tikinti və quraşdırma işlərini həyata keçirəcək Podratçının və bu işlərə nəzarət edəcək Məsləhətçi şirkətin seçimi prosesi yekunlaşdırılmış, müqavilələr imzalanmışdır.
 

Maliyyə mənbələri

“Dəmir yolları sektorunun inkişafı proqramı”nın həyata keçirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC ilə Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyi arasında “Anlaşma Memorandumu” imzalanmışdır.

Asiya İnkişaf Bankının Direktorlar Şurası tərəfindən Layihə 06 dekabr 2017-ci il tarixdə təsdiq edilmişdir. Bunun ardınca Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında 19 dekabr 2017-ci il tarixdə “Dəmir yolları sektorunun inkişafı layihəsi üzrə Kredit Müqaviləsi” imzalanmışdır. Dövlətdaxili prosedurların həyata keçirilməsindən sonra Kredit Müqaviləsi 16 yanvar 2018-ci il tarixdə Asiya İnkişaf Bankı tərəfindən qüvvəyə minmiş elan olunmuşdur.

Layihənin maliyyələşdirilməsində Asiya İnkişaf Bankı ilə yanaşı Fransa İnkişaf Agentliyinin də iştirak edir. Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında 11 mart 2019-cu il tarixdə bu məqsədlə kredit sazişi imzalanmış və 06 iyun 2019-cu il tarixdə qüvvəyə minmişdir.

Xəttin əsas texniki göstəriciləri

Layihə çərçivəsində planlaşdırılan iş həcmləri

         Layihə çərçivəsində 333,0 km (166,5 km) uzunluqda əsas dəmir yolu xəttinin yenidən qurulması, stansiya ərazilərində 2 yan xəttin təmiri, yeni yoldəyişənlərin quraşdırılması, körpülərin və suötürücü boruların yenilənməsi, əsaslı təmiri və təmiri, yerüstü piyada keçidlərinin (bəziləri hərəkət məhdudiyyətli insanlar üçün qurğular quraşdırılmaqla) tikintisi və quraşdırılması, heyvan keçidlərinin təmin olunması, yol kəsişmələrinin təmiri və s. işlərin layihələndirilməsi və tikintisi nəzərdə tutulur.

Layihə çərçivəsində satınalma fəaliyyətləri

Layihə çərçivəsində satın alma fəaliyyətləri Asiya İnkişaf Bankının prosedura və qaydalarına, standart sənəd toplularına əsasən, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq  həyata keçiriləcəkdir.

         Satınalma fəaliyyətlərinin predmeti olan əsas layihə komponentləri aşağıdakı kimidir:

 

Hazırlanmış mühafizə hesabatları

  • Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi hesabatı
    İnitial Environmental Examination Report 
    Azərbaycan və İngilis dillərində yüklə

Qeyd:  “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatı yekunlaşdırılmış və Azərbaycan Respublikası Ekologiya Nazirliyinin Ekoloji Ekspertiza İdarəsi tərəfindən rəy alınmış və Asiya İnkişaf Bankı tərəfindən təsdiq olunmuşdur.

  • Torpaqalma və Köçürülmə Fəaliyyətləri Hesabatı
    Land Acquisition and Resettlement Report
    Azərbaycan və İngilis dillərində yüklə

Layihənin iqtisadi faydaları

Aparılan texniki-iqtisadi qiymətləndirmələr çərçivəsində, Layihənin əsasən aşağıdakı iqtisadi faydalar yaradacağı hesablanmışdır.

  • Yükdaşıma fəaliyyətlərində vaxta qənaət,
  • Sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət,
  • Nəqliyyat vasitələrinin istismarı xərclərində qənaət,
  • Kənar təsirlər (karbon dioksid emisiyaları, təhlükəsizlik, havanın çirklənməsi və səs-küy kimi)baxımından əldə olunan qənaətlər
  • İnfrastrukturun istismarı xərclərində qənaət

Layihənin təsiri

“Dəmir yolları sektorunun inkişafı proqramı”nın icrası Azərbaycanın tranzit və logistika potensialının reallaşdırılmasında önəmli rol oynayan Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən marşrutunun bir hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttində keyfiyyətli və sürətli yük və sərnişin daşımalarına artan tələbatın ödənilməsi, bu daşımaların etibarlı və təhlükəsizlik şəkildə həyata keçirilməsi üçün şərait yaradacaqdır