DEPARTAMENTLƏR

 

Departamentin əsas vəzifələri

1.  Departamentin yerləşdiyi ünvan: AZ1010, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 230.

2. Departament vəzifə nomenklaturasına müvafiq qaydada təyin edilmiş Departamentin rəisi tərəfindən idarə olunur və bilavasitə «Azərbaycan Dəmir Yolları» QSC-nə hesabat verir. Departamentin rəhbər işçiləri vəzifə nomenklaturasına müvafiq qaydada təyin olunurlar və bilavasitə Departamentin rəisinə tabedirlər.

3. Departamentin rəisi Departamentin fəaliyyətinə ümumi rəhbərlik edir. Departamentin strukturunun tabeliyində olan işçilər üçün məcburi xarakter daşıyan əmr və göstərişlər verir.

4. Departamentin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

4.1. Dəmir yolunda yüklərin, sərnişin, baqaj və poçtların daşınması, beynəlxalq əlaqədə olan dəmir yolu daşımalarının inkişaf etdirilməsi;

4.2. Qatarların təhlükəsiz və ahəngdar hərəkətinin təmin edilməsi;

4.3 Yol üzrə qatarların hərəkətinin təşkili, qatarların tərtib edilmə planlarının və yüklərin marşrut üzrə daşınmasının təmin edilməsi;

4.4 Daşınan yüklərin, baqaj və poçtların vaxtında və təhlükəsiz çatdırılmasının təmin edilməsi;

4.5 Vaqon, konteyner və lokomotiv parkının düzgün yerləşdirilməsi və onlardan effektiv istifadə edilməsi;

4.6. Yük vaqonlarının və konteynerlərin müəyyən olunmuş bütün dövrü təmirinin yerinə yetirilməsi, onların yük altına hazırlanmasını, qatarlarda hərəkət zamanı texniki baxışın keçirilməsi, vaqon və konteyner parkının qorunmasına nəzarətin təmin edilməsi;

4.7. Lokomotivlərin, motor-vaqon hərəkət heyyətinin lokomotiv parkının texniki vəsaitlərinin və infrastruktur obyektlərinin normal işinin təmin edilməsi;

4.8. Lokomotivlərdə yanacaq-enerji ehtiyatlarından səmərəli istifadə edilməsinin həyata keçirilməsi;

4.9. Lokomotivlərin və vaqonların inventar parkdan çıxarılması barədə təkliflərin verilməsi, lokomotivlərin ehtiyyatda saxlanılmasına nəzarətin həyata keçirilməsi;

4.10. Lokomotivlərin, motor-vaqon heyyətinin, vaqonların, yükqaldırma texnikasının, lokomotivlərdə və vaqonlarda digər avadanlıqların texniki müayinəsinə və təmirinə nəzarət işlərini təşkil edilməsi;

4.11. Lokomotivlərdə və vaqonlarda nasazlıq hallarının təhlil edilməsi, belə hallara yol verilməsinin qarşısının alınması üçün müvafiq tədbirlərin hazırlanması və həyata keçirilməsi;

4.12. Lokomotivlərin və vaqonların texniki müayinəsi və təmiri sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

4.13. Lokomotiv və vaqon depolarında elektron texnikası tətbiq edilməklə qabaqcıl proseslərin, normativlərin diaqnostika və nəzarət normativlərinin tədbiq edilməsi təşkil edilmişdir;

4.14. Lokomotivlərin və vaqonların ehtiyat hissələrinə və materiallara sifarişlərin tərtib edilməsi və verilməsi;

4.15. Yolun həkim-sanitar xidməti ilə lokomotiv briqadalarının səfər qabağı tibbi nəzarətdən keçirilməsi, yüksək iş qabiliyyətinin təmin edilməsi və peşəkar sağlamlığın qorunub saxlanılması məsələləri üzrə əməkdaşlıq edilməsi;

4.16. Qatarların dartısı üçün yanacağ-enerji  ehtiyyatları normasının müəyyən edilməsi və sərfiyyətın təhlilinin həyata keçirilməsi;

4.17. Yanacaq-enerji ehtiyatlarından qənaətli istifadə tədbirlərinin hazırlanmasına və həmin tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;

4.18. Əlaqədar Departamentlərlə birlikdə qatarlarının hərəkət qrafikinin hazırlanması, sərnişin və yük qatarlarının hərəkət cədvəlinin yerinə yetirilməsini təmin edilməsi;

4.19. Stansiyalarının, lokomotiv və vaqon depolarının texniki cəhətdən təchiz edilməsi və onların texnologiyasının təkmilləşdirilməsi;

4.20. Dəmir yol xəttlərinin daşıma imkanlarından effektiv istifadə, qatarların çəkisinin və hərəkət sürətinin artırılması üçün tədbirlər planının həyata keçirilməsi;

4.21. Daşıma prosesində avtomatlaşdırmanın geniş tətbiqi və hesablama texnikasından istifadənin genişləndirilməsi;

4.22. Mənfəəti (gəliri) artırmaq, əmək məhsuldarlığının yüksəldilməsi, istehsalat fondunun istifadəsinin yaxşılaşdırılması;

4.23. Tabeliyində olan işçilərin əməyinin təşkili və maddi  cəhətdən mükafatlandırılması, əmək qanunvericiliyinə və təhlükəsizlik texnikası qaydalarına riayət olunması;

4.24. Qatarların təhlükəsiz hərəkətini və manevr işlərinin təhlükəsizliyini təmin etmək üzrə tədbirlər planının işlənib hazırlanmasını və həyata keçirilməsini təmin edilməsi;

4.25. Yüklərin boşaldılmasını tezləşdirmək üzrə tədbirlərin həyata keçirilməsi, boş vaqonların və konteynerlərin sahib olduqları ölkələrə təhvil verilməsi və yaxud təyinat dəmir yolları üzrə yüklənilməsinin təmin edilməsi;

4.26. Yükgöndərənlər tərəfindən plan intizamına riayət edilməsinə nəzarətin təmin edilməsi;

4.27. Stansiyaların istismar və yük işinin texniki normalarının işlənib hazırlanması;

4.28. Sahə və stansiyaların hərəkət heyyətini buraxmaq imkanları üzrə dəmir yolunun əlaqədar Departamentləri ilə tədbirlərin həyata keçirilməsi;

4.29. Yükgöndərənlərlə birlikdə əndazəsiz yüklərin daşınması şərtlərin razılaşdırılması, bu və digər xüsusi yüklərin daşınması üzrə məsələlərin təşkili və yerinə yetirilməsinə nəzarət edilməsi;

4.30. Tez xarab olan yüklərin və ev heyvanlarının daşınmasının təmin edilməsi, refrijerator hərəkət heyyətinin işinin göstəricilərinin yaxşılaşdırılması, refrijerator vaqonlarının və ev heyvanlarının daşınması üçün xüsusi vaqonların stansiyalarda tezləşdirilmiş hərəkətinin təşkil edilməsi;

4.31. Dalan yollarının stansiyalara və mənzillərə birləşdirilməsi müqavilələrinin bağlanması, dəmir yollarının elektrik və rabitə xəttlərinin neft, qaz kəmərləri eləcədə digər yerüstü və yeraltı qurğularla kesişməsinə dair layihələrin razılaşdırılmasında iştirak edilməsi;

4.32. İdxal, ixrac və tranzit yüklərin beynəlxalq və birbaşa dəmiryol – su nəqliyyatında daşınmasının təşkili və təmin edilməsi, qovşaq stansiyalarında qatarların keçidinə nəzarət edilməsi;

4.33. Mühüm çeşidləmə və yük stansiyalarının texnoloji proseslərinin düzgün tərtib edilməsinə nəzarət edilməsi;

4.34. Stansiyaların yük və kommersiya işlərinə rəhbərlik edilməsi;

4.35. Stansiyaların mexanikləşdirilmiş yükləmə, boşaltma, yük və kommersiya işlərin təlimatlara uyğun aparılmasına və daşımalardan yaranmış cərimə və rüsumların düzgün hesablanıb tutulmasına nəzarət edilməsi;

4.36. Yükalan və yükgöndərənlərin tələbi ilə təyinat stansiyalarının və ünvanlarının dəyişdirilməsinin təşkil edilməsi;

4.37. «Azərbaycan Dəmir Yolları» QSC-nin sədrinin Etibarnaməsinə əsasən müqavilələrin bağlanmasını həyata keçirmək və icarəyə verilmiş boş vaqon və konteynerlərin digər dövlətlərə göndərilməsinə dair razılığın təmin edilməsini;

4.38. Dəmir yolunda Dəmir yolları Nizamnaməsinin, Yük Daşıma Qaydalarının, yük daşınması üzrə bağlanmış beynəlxalq Sazişlərin müddəalarının yerinə yetirilməsinə nəzarət edilməsi;

4.39. Elmi-texniki inkişafın son göstəricilərini, qabaqcıl texnologiyaları tətbiq etməklə dəmir yolunun struktur bölmələrinin istehsalat gücünün artırılmasının və inkişafının, ağır əmək tələb edən işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması bazasında metod və formalarla təkmilləşdirilməsinin, əl əməyinin yüngülləşdirilməsinin təşkil edilməsi;

4.40. Əsas fondların əsaslı təmir planının hazırlanmasını təşkil edilməsi və həmin planın tabeliyində olan qurumlarda və təşkilatlarda icrasına nəzarət edilməsi;

4.41. Tabeliyində olan qurumların istehsalat fəaliyyətini təhlil edilməsi;

4.42. Tabeliyində olan qurumların yaz və payız baxışının keçirilməsini təşkil edilməsi;

4.43. Tabeliyində olan qurumların əmək intizamının möhkəmələndirilməsi, gənc və bacarıqlı kadrların hazırlanması;

4.44. Tabeliyində olan qurumların ixtiraçılıq və səmərələşdirici təkliflərin hazırlanması işinin təşkil edilməsi;

4.45. Şöbələr və bölmələr üzrə rəhbər və mühəndis-texniki işçilərin seçilməsi və yerləşdirilməsi, əsas peşələrə hazırlıq, işçilərin təkmilləşdirilməsi və qarışıq peşələrin mənimsənilməsi;

4.46. Tabeliyində olan qurumların əmək göstəricilərinin yüksəldilməsi, texniki normalaşdırmanın təşkili, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, əməyin mühafizəsi, texniki norma və qaydalar üzrə tədbirlərin işlənib hazırlanmasının təşkil edilməsi;

4.47. Tabeliyində olan qurumlarda qabaqcıl kollektivlərin, yeniliklərin iş təcrübəsinin ümumiləşdirilməsi və yayılması;

4.48. Tabeliyində olan qurumlarda çalışan işçilərin yaşayış-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanması;

4.49. Tabeliyində olan qurumlarda səfərbərlik hazırlığı üzrə tədbirlərin keçirilməsi;

4.50. Məxvi rejimin təmin edilməsi, məxfi və xidməti məlumatların yayılmasının qarşısının alınması üçün vaxtında lazımi tədbirlərin görülməsi.

İnfrastruktur Departamentinin əsas fəaliyyəti

1. Yol təsərrüfatının, elektrik təchizatı, işarəvermə və rabitə qurğularının texniki xidmətini, bərpasını, təmirini, istismarını həyata keçirən dəmir yolunun struktur bölmələrinin işinin təşkili;

2. Dəmir yollarının bütün elementlərinin daim saz vəziyyətdə saxlanılması və onların təmiri, torpaq yatağının, üst quruluşun, süni qurğuların və yol tikililərinin, avtomatika və telemexanika vasitələrinin, işarəvermə, mərkəzləşdirmə və bloklaşdırma (bundan sonra İMB), elektrik təchizatı qurğularının təhlükəsiz və etibarlı işinin, müəssisələrin balansında olan yaşayış və xidməti-texniki binaların, meşə zolağının saxlanılması və təmirinin təşkili;

3. Qatarların təhlükəsiz hərəkətini təmin etməklə, dəmir yolu istehlakçılarının iş planına uyğun olaraq müqavilədə verilən limit üzrə elektrik enerjisi ilə təmin edilməsinə nəzarət etmək; 

4. Bütün ehtiyat vasitələrdən qənaətlə istifadə etməklə, başqa tələbatçı müəssisə və təşkilatların elektrik enerjisinə olan tələbatını müqavilə əsasında ödəməklə əldə edilən gəlirin hesabına elektrik təchizatı və Departamentin digər sahələrinin, kollektivlərinin  sosial-iqtisadi vəziyyətini möhkəmləndirmək və texniki avadanlıqlarının təkmilləşdirilməsinin təmin edilməsi;   

5. Departamentin tabeliyində olan struktur bölmələrində vahid texniki  siyasətin həyata keçirilməsi;

6. Elmi-texniki inkişafın son göstəricilərini, qabaqcıl texnologiyaları tətbiq etməklə dəmir yolunun struktur bölmələrinin istesalat gücünün artırılması və inkişafı, ağır əmək tələb edən işlərin mexanikləşdirilməsi və maşınlaşdırılması bazasında metod və formalarla təkmilləşdirilməsi, əl əməyinin yüngülləşdirilməsi;

7. Tabeliyində olan müəssisə, təşkilat və sahələrdə texniki bazalarının fəaliyyəti və təkmilləşdirilməsi, həmçinin müəssisələr tərəfindən istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi, həmin məhsulun maya dəyərinin azalması, sənaye istehsal planının yerinə yetirilməsinə nəzarət və məhsulun müəssisələr üzrə ayrılması, 

8. Əlavə istehsal edilmiş çınqıl, qum və s. məhsulların satışının təşkili;

9. Tabeliyində olan müəssisə, təşkilat və sahələrdə tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərini hazırlayıb razılaşdırır;

10. Əsas fondların əsaslı təmiri planının hazırlanmasını təşkil edir və həmin planın tabeliyində olan müəssisə, təşkilat və sahələrdə icrasına nəzarət edir;

11. Tabeliyində olan müəssisə, təşkilat və sahələrdə istehsalat fəaliyyətini təhlil edir.

12. Tabeliyində olan müəssisə, təşkilat və sahələrdə yaz və payız baxışının  keçirilməsini təşkil etmək;

a) Tabeliyində olan müəssisə, təşkilat və sahələrdə əmək intizamının möhkəmləndirilməsi, bacarıqlı kadrların hazırlanması;

b) Təbiətin mühafizəsi, təbii ehtiyatlardan tam istifadə və ətraf mühitin yaxşılaşdırılması;

13.  Tabeliyində olan müəssisə, təşkilat və sahələrdə yolun üst quruluşu və digər materiallarla, işarəvermə və rabitə, elektrik təchizatı avadanlıqları ilə və maşın-mexanizmlərlə təmin edilməsi üzrə lazımi qaydada əsaslandırılmış sifarişlərin qəbul olunması, onların müvafiq təşkilatlara təqdim olunması, ayrılan fondların bölünməsinə nəzarət edilməsi;

14. Tabeliyində olan müəssisə, təşkilat və sahələrdə gələcəkdə idarəetmənin təşkilati strukturunun təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;

15. Tabeliyində olan filial, qurum və sahələrdə ixtiraçılıq və səmərələşdirici təkliflərin hazırlanması işini təşkil edir;

16. Müəssisə, təşkilat və sahələr üzrə rəhbər və mühəndis-texniki işçilərin seçilməsi və  yerləşdirilməsi, əsas peşələrə hazırlıq, işçilərin təkmilləşdirilməsi və qarışıq  peşələrin mənimsənilməsi;

17. Departamentə bilavasitə tabe olan müəssisə, təşkilat və sahələrdə istehsalat və maliyyə fəaliyyyətinə rəhbərlik, onların istehsal etdiyi məhsulun keyfiyyətinə nəzarət  etmək;

18. Tabeliyində olan müəssisə və sahələrdə təsərrüfat hesabının möhkəmləndirilməsi, işin maya dəyərinin aşağı düşməsi, istehsalın iqtisadi effektinin yüksəlməsi, yolun üst quruluşu materiallarının təmiri və təkrar istifadəsi, yanacağa və   elektrik enerjisinə qənaət, əsas və dövriyyə vəsaitlərindən istifadənin yaxşılaşdırılması üzrə tədbirlərin işlənməsi və onlar nəzarət edilməsi; 

19. Tabeliyində olan müəssisə və təşkilatlarda mühasibat uçotunu təşkil etmək; 

20. Tabeliyində olan müəssisə, təşkilat və sahələrdə əmək göstəricilərinin yüksəldilməsi, texniki normalaşdırmanın təşkili, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, əməyin mühafizəsi, texniki norma və qaydaları üzrə tədbirlərin işlənilməsi;    

21. Yeni xətlərdə torpaq yatağının və süni qurğuların tikintisinin keyfiyyətli olmasına nəzarət, onların və ikinci yolların tikintisinin istismara qəbulunda iştirak etmək.

22. Tabeliyində olan müəssisə, təşkilat və sahələrdə həmkarlar təşkilatı ilə birlikdə yarışların, təşkilatın briqada formalarının və işin son nəticələrinə görə əməyin stimullaşdırılmasının təşkili;

23. Tabeliyində olan müəssisə və təşkilatlarda qabaqcıl kollektivlərin, yenilikçilərin iş təcrübəsinin ümumiləşdirilməsi və yayılması;

24.  Sahələrdə əməyin mühafizəsini təşkil edir;    

25. Müəyyən edilmiş qayda üzrə kargüzarlığın aparılması və sənədlərin qorunub saxlanılmasını təmin edir;              

26. Tabeliyində olan müəssisə, təşkilat və sahələrdə çalışan işçilərin yaşayış-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanması;

27. Tabeliyində olan müəssisə, təşkilat və sahələrdə səfərbərlik hazırlığı üzrə tədbirlərin keçirilməsi

Sərnişin daşımaları Departamenti (bundan sonra - Departament) "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) tabeçiliyində olan qurumdur.

Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, dövlət qeydiyyatından keçmiş normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin əmr və sərəncamlarını, Cəmiyyətin Nizamnaməsini, dəmir yolunun qayda və təlimatlarını, habelə Cəmiyyət sədrinin əmr və göstərişlərini rəhbər tutur.

Sərnişin daşımaları Departamentinin strukturu

  • Ölkədaxili və beynəlxalq sərnişin qatarlarında, eyni zamanda şəhərətrafı elektrik qatarlarında sərnişin, baqaj, yük-baqaj və poçt daşımalarının təşkilini;
  • Sərnişin vaqon parkının səmərəli istismarı, qorunub saxlanılması və inkişafının təminini;
  • Vağzallarda və xətti stansiyalardakı bilet kassalarında, həmçinin qatarlarda sərnişinlərə göstərilən xidmətin təşkilini;
  • Sərnişin qatarlarında hərəkətin təhlükəsizliyinin təmini, təsərrüfatın bütün sahələrində yanğından mühafizəyə, həmçinin ətraf mühitin və ekologiyanın qorunub saxlanılmasına nəzarəti həyata kecirir.

Sərnişin daşımaları Departamenti:

  • Cəmiyyətin müvafiq şöbələri ilə birlikdə sərnişin daşıma sahəsində texniki və texnoloji siyasəti müəyyənləşdirir. Elmi-texniki tərəqqinin və informasiya texnologiyalarının son nailiyyətlərinin təsərrüfatda tətbiqini təşkil edir, eyni zamanda bilet satışında tətbiq olunan "Ekspress-AZ" avtomatik idarəetmə sisteminin daha da təkmilləşdirilməsi barədə təkliflərini verir;
  • Sərnişin daşımanın illik və perspektiv inkişaf planlarını tərtib edir. Vaqon parkının depo şəraitində və digər ölkələrdə cari və əsaslı təmiri, əsaslı bərpa təmiri, həmçinin təsərrüfatın ayrı-ayrı sahələrinin əsaslı tikintisi üzrə təkliflər hazırlayır və onların yerinə yetirilməsinə nəzarət edir;
  • Departamentin balansında olan qurğu və avadanlıqların, texnikaların saz və sanitar normalara uyğun vəziyyətdə saxlanılmasını təmin edir;
  • Qatar heyətlərinin və vaqonların səfərə vaxtında və keyfiyyətli hazırlığını, hərəkət heyətinin, sərnişin vaqonlarının avadanlıq və inventarlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını və mühafizəsini təşkil edir. Vaqonların təmirə vaxtında saxlanılmasına, onların təmir müddətinə nəzarət edir, sərnişinlərin və qatarların hərəkətinin təhlükəsizliyini təmin edən bütün tədbirləri görür;
  • Vağzalların, xətti stansiyalardakı bilet kassalarının, məlumat-sorğu bürolarının, sərnişinlərin istirahət, ana və uşaq otaqlarının, baqaj və vaqon-restoran təsərrüfatlarının, bilet satışı ilə əlaqədar olan avtomatika və hesablama texnikalarının, həmçinin sərnişinlərə xidmət göstərən digər sahələrin normal işini təmin edir;
  • Cəmiyyətin tabeçiliyində olan qurumların sərnişin, baqaj, yük-baqaj və və poçt daşımaları sahəsində qarşılıqlı əlaqələrini müəyyən edir;
  • Sərnişin, baqaj və yük-baqaj daşımalarını təhlil edir, onların səmərəliliyinin artırılması üzrə təkliflər hazırlayır;
  • Cəmiyyətin sərnişin daşımaları sahəsində tarif siyasətinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır;
  • Sərnişin daşımaları üzrə maliyyə və iqtisadi göstəriciləri təhlil edir və onların səmərəliliyinin artırılması üzrə təkliflər hazırlayır;
  • Sərnişinlərə göstərilən xidmətin genişləndirilməsi üzrə işi təşkil edir;
  • Sərnişin daşımada istifadə olunan normativ-hüquqi və metodik sənədləri hazırlayır;
  • Sərnişin və şəhərətrafı elektrik qatarlarının hərəkət qrafiklərinin tərtibində iştirak edir;
  • Sərnişin qatarlarının tərkiblərini, sxemlərini və bununla bağlı sorğu materiallarını tərtib edir;
  • Sərnişin və şəhərətrafı elektrik qatarlarının hərəkət qrafikinin yerinə yetirilməsinə nəzarət edir;
  • Vağzalların, xətti stansiyalardakı bilet kassalarının, məlumat-sorğu bürolarının, sərnişinlərin istirahət, ana və uşaq otaqlarının, baqaj və vaqon-restoran təsərrüfatlarının, bilet satışı ilə əlaqədar olan avtomatika və hesablama texnikalarının, həmçinin sərnişinlərə xidmət göstərən digər sahələrin normal işini təmin edir;
  • Sərnişin və elektrik qatarlarında, həmçinin təsərrüfatın digər sahələrində baş vermiş qəzaların nəticələrinin araşdırılmasında iştirak edir;
  • Enerji ehtiyatlarından və digər resurslardan qənaətlə istifadə üçün tədbirlər görür;
  • Sərnişin və baqaj vaqonlarından istifadə qaydalarının təkmilləşdirilməsi üzrə təkliflər verir;
  • Tabeçiliyində olan struktur bölmələrində istifadə olunan əmlakın səmərəli istismarı və onun qorunub saxlanması üçün tədbirlər görür;
  • Təsərrüfat üçün işçilərin peşə hazırlığını həyata keçirir, ehtiyat kadr potensialını daim nəzarətdə saxlayır;
  • Ekstremal vəziyyətlərdə və fövqəladə hallarda təsərrüfatın normal fəaliyyəti üçün həyata keçirilən tədbirlər barədə təkliflər verir;
  • Müəyyən olunmuş qaydada məxfilik rejiminə əməl olunmasını təmin edir;
  • Cəmiyyət üzrə müəyyən olunmuş qaydada kargüzarlığın aparılması və sənədlərin qorunub saxlanılmasını təşkil edir;
  • Ətraf mühit və ekologiyanın mühafizəsi məqsədi ilə tədbirlər planı hazırlayır və onun icrasına nəzarət edir.

Departamentin strukturu

 "Azərbaycan Dəmir Yolları"Qapalı Səhmdar Cəmiyyəti Dəmir Yollarının və Texniki Qurğuların təmir-tikinti Departamenti Səhmdar Cəmiyyətinin  tabeliyində olan Müstəqil Təsərrüfat hesablı Dövlət təşkilatıdır.

Departament öz fəaliyyətində, Azərbaycan Respublikası qanunlarını və Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin qərar və sərəncamlarını "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin əmr  və göstərişlərini və bu əsasnaməni rəhbər tuturaq icrasını təmin edir.

Departamentin sahələri:

Departamentin tərkibinə daxil olan Bakı-Biləcəri, Gəncə, İmişli istismar sahələri və bu sahələrin tərkibində Su təchizatı üzrə sexlərdən ibarətdir.

Departamentin əsas vəzifələri:

Departamentin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

Balansda olan texniki-xidməti, inzibati, idman, mədəniyyət, xüsusi əhəmiyyətli qonaq evləri, eləcə də bütün Dəmir Yoluna aid binaların istismarı, saxlanması və əsaslı tikinti və təmir işlərinin görülməsi;

Yol üzrə bütün binalar və digər qurğuların bağlanmış müqaviləyə əsasən, əsaslı tikinti və təmirinin, eləcə də servis xidmətlərinin yerinə yetirilməsi.

Departament Dövlət proqramına əsasən, müstəqil təsərrüfat fəaliyyətli, tədbirlər hazırlayır, təsərrüfatın illik və rüblük proqramını tərtib edir və yerinə yetirilməsini təmin edir;

Qapalı Səhmdar Cəmiyyətinin razılığı əsasında xidmətləri yerinə yetirə bilər:

Sifarişlər əsasında görüləcək bütün növ abadlaşdırma, işıqlandırma, tikinti və təmir işləri, eləcə də digər növ inşaat materiallarının, dəmir və taxta məmulatların hazırlanması, satışını təmin edir. Müqavilə əsasında evlərin tikilməsi və onların təmir edilməsi kimi xidmət işləri daxil edilir. Sifarişlər əsasında, müəssisə və təşkilatlara göstəriləcək kommunikasiya xətlərinin çəkilməsi, istilik və enerji sistemlərinin çəkilməsi və digər işlərin görülməsi.

Departamentin texniki-xidməti, inzibati, kommunal obyektlərin, mühəndis, texniki kommunikasiyaların, məhəllə, daxili su, kanalizasiya, istilik və elektrik enerjisi təchizatı sistemi xətlərinin texniki sazlığının təmin edilməsi.

Departamentin texniki istehsalat bazalarının günün tələblərinə uyğun genişləndirilməsi və inkişaf etdirilməsi tədbirlərinin hazırlanması və həyata keçirilməsini, təmin edir. Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin infrastrukturuna  aid olan təsərrüfatlarında istifadə olunan ehtiyat hissələrinin alınmasını təmin etmək və lazım olarsa sex daxilində istehsalını təmin etmək eləcə də bütün növ materialların hazırlanması, istehsalı və müqavilə əsasında alqı-satqı yolu ilə gətirilməsini eləcədə satışını təmin edir.

Səhmdar Cəmiyyətin Departament balansında olan tarixi-mədəniyyət abidələri siyahısına daxil olan binaların və qurğuların bərpasını və əsaslı təmirini təmin edir.

Departament Dövlət standartlarına uyğun olaraq içməli su istehsal etmək və satmaq.

Departamentin su təchizatına olan tələbatını ödəmək üçün xammal və materialların tapılıb gətirilməsi;

Əhaliyə hər cür təmir-tikinti işlərinin görülməsində köməklik göstərilməsi;

Departament "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyindəki müəssisələri, idarələri, təşkilatları, dəmiryolçu ailələrini və həmçinin qeyri dəmiryol obyektlərini bağlanmış müqavilə əsasında içməli su ilə təmin etmək üçün öz işini planlaşdırır və müqavilələrin vaxtında, keyfiyyətlə yerinə yetirilməsini təmin edir;

Departamentin balansında olan su təchizatı obyektlərini və magistral su xətlərinin əsaslı və cari təmirini təşkil edir.

Departament əsas fondların elektrik və nasos avadanlıqlarını, maşın mexanizmləri, su təchizatı qurğuları, su ötürücü nasos stansiyaları və magistral su kəmərlərini texniki saz vəziyyətdə saxlamaq üçün vaxtı-vaxtında təmir edir və xidmət göstərir;

Departament istər dəmir yolu vasitəsi ilə, istərsə də digər nəqliyyat vasitələri ilə Respublikaya tikinti və digər material gətirib, satışını təşkil edə bilər. Departament nəqliyyat xidmətlərindən istifadə etmək yolu ilə avtomobil, dəmir  yol, hava və gəmiçilik idarələrindən müqavilə əsasında icarəyə lazımi nəqliyyat vasitələri götürür, qanuna  müvafiq olaraq yük və sərnişin daşımalarının, eləcə də bütün nəqliyyat yollarında işlədilən materialların istehsalını və satışını təşkil edə bilər. Dəmir Yolları, avtomobil yolları və digər nəqliyyat yollarının salınması və eləcə də və əsaslı tikinti və əsaslı təmir işlərini aparmaqla məşğul ola bilər.

İstehsalat zərurəti ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC üzrə fəhlə və qulluqçularının mənzilə olan tələbatını təmin etmək məqsədi ilə mənzil tikintisini aparmaq və ya mənzil tikintisi aparan şirkətlərlə müqavilə bağlamaqla yaşayış sahəsi almaq hüququna malikdir.

Departament Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində qadağan edilməyən bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Müvafiq Dövlət Orqanlarından lisenziya aldıqdan sonra.