MÖVCUD VAKANSİYALAR
page image
Vakansiyanın adı: Nəzarətçi
Vakansiyanın kodu: V19110804
Vakansiyanın kateqoriyası: Fəhlə
Vakansiyanın aid olduğu struktur vahid: Sərnişin daşımaları Departamenti
Vakansiya üzrə struktur: Bakı sərnişin stansiyası, Şəhərətrafı qatarlar üzrə xidmət sahəsi
Ödəniş növü: Vaxtamuzd
Əməyin ödənilməsi dərəcəsi: 2b
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: Növbəli
Əmək şəraiti: Tikilidaxili və açıq hava şəraiti
Digər təminatlar: -
İş yerinin ünvanı: Bakı şəhəri, F.Əmirov küçəsi 24, Yeni vağzal binası
Tələb olunan təhsil istiqaməti/ixtisası: -
Tələb olunan minimum təhsil dərəcəsi: Orta-texniki
Tələb olunan minimum əmək stajı: -
Tələb olunan komputer bilikləri: -
Tələb olunan xarici dil bilikləri: - Rus dili – yaxşı səviyyədə; - İngilis dili – sərbəst səviyyədə.
Vəzifə üzrə tələb olunan biliklər: - Şəhərətrafı qatarlarda gediş qaydaları; - Sərnişinlərin gediş sənədlərinin yoxlanması və onların minik üçün buraxılması qaydaları; - Dəmir yolu müəssisələrində işçilərin intizam nizamnaməsi; - Sərnişin daşınmasında xidmət qaydaları ilə bağlı əmrlər, təlimatlar, metodiki normativ və digər rəhbər materiallar; - Sərnişin, baqaj və yük-baqajın daşınma qaydası; - Qatarların hərəkət cədvəlinə dair biliklər; - Qatarların hərəkət marşrutu üzrə dəmir yollarının sxeminə dair biliklər; - Vağzal ərazisində xidməti keçidlərin, bina və qurğuların yerləşmə sxemi; - İstiqamətlər üzrə gediş qiymətlərinə dair biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Məsuliyyətlilik, dəqiqlik, ünsiyyət qurmaq bacarığı.
Tələb olunan vəsiqə və ya sertifikat: -
Digər tələb və üstünlük göstəriciləri: Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilməli.
Vəzifə öhdəlikləri: - Sərnişinlərin qatarlara təhlükəsiz minib-düşməsinin təmin və təşkil edilməsi; - Sərnişinlərin yalnız turniket keçidindən istifadə etməklə elektrik qatarlarına və əksinə keçmələrinə nəzarət edilməsi, onlara köməklik göstərilməsi; - Biletsiz sərnişinləri elektrik qatarına və əksinə buraxılmaması; - Şəhərətrafı qatarların hərəkət cədvəlində baş vermiş dəyişikliklərlə aidiyyatı işçilərin vaxtında məlumatlandırılması; - Avtomatlaşdırılmış qurğuların və digər avadanlıqların fasiləsiz işləməsinə nəzarət edilməsi; - Şəhərətrafı elektrik qatarlarına keçid hissədə, kassa otaqlarında, xidməti-texniki otaqlarda, platformalarda, şəhərətrafı elektrik qatarların yollarında təmizlik işlərinin aparılması və bunların təmiz saxlanılmasının təmin edilməsi.
Vakansiyanın elan olunma tarixi: 08.11.2019
Son müraciət tarixi: 24.11.2019