NÜMUNƏ TEST SUALLARI
page image
Dünyagörüşü

1. Heydər Əlirza oğlu Əliyevin doğum günü hansı gündür?

  1. 15 may 1923-cü il
  2. 26 iyul 1923-cü il
  3. 10 may 1923-cü il
  4. 12 avqust 1923-cü il

2. 1998-ci və 2003-cü illər Azərbaycan Respublikasının tarixi üçün səciyyəvidir:

  1. Bələdiyyə seçkilərinin keçirilməsi
  2. Heydər Əliyevin prezident seçilməsi
  3. İlham Əliyevin baş nazir seçilməsi
  4. Prezident seçkilərinin keçirilməsi

 3. Dünyada ilk dəmir yolu neçənci ildə və hansı ölkədə istifadəyə verilmişdir?

  1. 1820-ci ildə, Almaniyada  
  2. 1832-ci ildə, Fransada
  3. 825-ci ildə, İngiltərədə
  4. 1835-ci ildə, Belçikada

 

Məntiqi təfəkkür

1.

  1. 2
  2. 5
  3. 4
  4. 11

2.  Şəhər -> kitabxana -> kitab -> ?

 

  1. Dəftər
  2. Vərəq
  3. Qələm
  4. Oxucu

 3.  4 qələm və 3 dəftərin dəyəri 6 qələm və 2 dəftərin dəyərinə bərabərdir. 4 dəftərin dəyərinə neçə qələm almaq olar?

  1. 6
  2. 8
  3. 9
  4. 10
Sərnişin daşımaları

1. Qatar təyinat məntəqəsinə çatdıqdan sonra bələdçi nəzarət kuponlarını kimə təhvil verir?

  1. Qatar rəisinə         
  2. Müxtəlif yığım kassasına
  3. Depo rəsinə         
  4. Təyinat məntəqəsindəki sərnişin stansiyasına

2. Vaqon bələdçisi sərnişinlərin düşəcəyi stansiyaya çatmasına neçə dəqiqə qalmış bu barədə xəbərdar etməlidir?

  1. 30
  2. 20
  3. 5
  4. 10

 3. Sərnişin qatarı yola düşən zaman sonuncu vaqonun bələdçisi qatarı necə müşayət etməlidir?

  1. Stansiyanın baş yoluna keçənədək qatarı müşayət etməlidir.
  2. Növbəti stansiyaya çatana qədər qatarı müşayət etməlidir.
  3. Stansiyanın çıxış siqnalını keçənədək qatarı müşayət etməlidir.
  4. Stansiyanın platformasının sonuna qədər qatarı müşayət etməlidir.
Yük daşımaları

1. Yük vaqon parkında hansı növ vaqonlar sayca üstünlük təşkil edir?

  1. Sisternalar
  2. Üstü bağlı vaqonlar
  3. Yarım vaqonlar
  4. Platformalar

2. Bir uzun səsli siqnal verilərsə bu nə demekdir?

  1. Qatarın irəli hrərkət etməsi
  2. Yanğın həyəcanı
  3. Lokomotiv briqadası əyləc etməlidir
  4. Dayan

3. Hansı daşıma sənədi yüklə birgə yük qəbul edənə verilir?

  1. Yol cədvəli
  2. Yükün qəbulu haqqında qəbz
  3. Qaimə
  4. Yol cədvəlinin kötüyü
İnfrastruktur

1. Kontakt asması hansı naqillərdən ibarətdir?

  1. Aparıcı tros və kontakt naqilindən   
  2. Aparıcı trosdan         
  3. Kontakt naqilindən
  4. Kontakt naqili və simlərdən

2. Kabel məmulatlarında izolyasiya üçün hansı materiallardan istifadə olunur?

  1. Ancaq kağız izolyasiyalı             
  2. Ancaq metal izolyasiyalı 
  3. Ancaq plastik izolyasiyalı              
  4. Yuxarıda qeyd olunanların hər birindən

3. Relslərin hansı növləri mövcuddur?

  1. R45, R60 və R70
  2. R50, R65 və R75
  3. R43, R55 və R65
  4. R55, R65 və R75
Beynəlxalq münasibətlər

1. Dəmir Yolları Əməkdaşlıq Təşkilatının yaranma tarixi və yeri aşagıdakılardan hansıdır?

  1. 1992 –ci il Ulan-Bator Monqolustan
  2. 1994-cü il  Moskva Rusiya Federasiyası
  3. 1956-ci il  Sofiya Bolqarıstan
  4. 1957-ci il Pekin Çin Xalq Respublikası

2. Dəmir Yolları Əməkdaşlıq Təşkilatının neçə üzvü var?

  1. 27
  2. 28
  3. 29
  4. 30

3. Birlik (MDB) üzvü olan dövlətlərin Dəmir Yolu Nəqliyyatı üzrə Şuranın tamhüquqlu üzvü aşagıdakılardan hansıdır?

  1. Bolqarıstan Dövlət dəmir yolları
  2. Finlyandiya dəmir yolları
  3. Gürcüstan dəmir yolu
  4. Türkmənistan dəmir yolu nəqliyyatı nazirliyi
Hüquq

1.  Aşağıdakı fikirlərdən hansı Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüququna aid deyil:

  1. Mülkiyyət hüququ qanunla qorunur
  2. Xüsusi mülkiyyət növünə üstünlük verilir
  3. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
  4. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ekspeditor kimdir?

  1. Daşımanın təşəbbüsçüsü olan və daşıyıcı ilə müqavilə bağlayan şəxs
  2. Lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxs
  3. Üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxs
  4. Başqa şəxslərə (qonaqlara) daldalanacaq verən şəxs

3. Normativ xarakterli aktlara aid deyil?

  1. Milli Televiziya və Radio Şurasının qərarları
  2. Azərbaycan Respublikası Milli Məclisinin qərarları
  3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları
  4. yerli icra hakimiyyəti orqanlarının qərarları
İnsan resursları

1. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərdən doğru olmayanı seçin.

  1. Yaşayış yerindən arayış
  2. Şəxsiyyətini təsdiq edən sənəd
  3. Dövlət sosial sığorta şəhadətnaməsi
  4. Əmək kitabçası

2. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam) nə vaxt verilir?

  1. Məzuniyyətin başlanmasına azı 3 gün qalmış
  2. Məzuniyyətin başlanmasına azı 5 gün qalmış
  3. Məzuniyyətin başlanmasına azı 7 gün qalmış
  4. Məzuniyyətin başladığı gün

3. İşəgötürənin təşəbbüsü ilə işçi nə qədər müddətə müvəqqəti olaraq başqa işə keçirilə bilər?

  1. 1 ay müddətinə
  2. 2 ay müddətinə
  3. 3 ay müddətinə
  4. İşçinin razılığı olmadan keçirilə bilməz