page image

Elan edilmiş vakansiyalar üzrə müraciət qaydası

“Azərbaycan Dəmir Yolları” QSC üzrə elan edilmiş vakansiyalara namizədlər linkə (https://ady.az/az/career/vacancy/69) daxil olmaqla müraciət edə bilər. Müraciət edən namizədlər ilk öncə vakansiyanın təsviri forması ilə tanış olmalı və işə qəbul üzrə müraciət formasını doldurmaqla göndərməlidir.

İşə qəbulla bağlı namizəd ehtiyatı bazası

“Azərbaycan Dəmir Yolları” QSC-də spesifik vəzifələr və peşələr üzrə namizəd ehtiyatı bazası formalaşdırılır. Bu məqsədlə namizədlərə həmin vəzifələr və peşələr üzrə vakansiyanın olmamasına baxmayaraq müraciət etmək imkanı yaradılır.

Namizədlərdən daxil olan müraciətlərə Cəmiyyətin İnsan resursları İdarəsi tərəfindən baxılır və ilkin seçim əsasında müvafiq tələblərə cavab verən namizədlər kadr ehtiyatı bazasına daxil edilir. Həmin namizədlər qeyd olunan vəzifə və peşələr üzrə vakansiya yarandıqda müsabiqəyə dəvət edilir.