TƏCRÜBƏ PROQRAMI
page image

“Azərbaycan Dəmir Yolları” QSC-də Təcrübə Proqramı

“Azərbaycan Dəmir Yolları” QSC-də Təcrübə Proqramı nəzəri bilikləri real iş şəraitində tətbiq etmək, dəmir yolu nəqliyyatı haqqında nəzəri və praktik biliklər əldə etmək, maraqlı və məsuliyyətli layihələrdə iştirak etmək və gələcəkdə Cəmiyyət daxilində karyera qurmaq imkanları yaradır.

Təcrübə proqramında iştirakla bağlı müraciətlər il boyu qəbul edilir. Proqramda iştirakla əlaqədar 3 ay əvvəldən Cəmiyyətin rəsmi veb səhifəsində elan ediləcəkdir.

“Azərbaycan Dəmir Yolları” QSC-də Təcrübə proqramında istirak ödənişsizdir.

Kimlər müraciət edə bilər? +

Azərbaycan Respublikasının peşə, orta ixtisas və ali təhsil müəssisələrinin insan resursları, maliyyə, mühasibat uçotu, biznesin idarə olunması, hüquq, marketinq, logistika, dəmir yolu nəqliyyatı, layihələrin idarə olunması, təchizat zəncirinin idarə olunması, informasiya texnologiyaları, inşaat mühəndisliyi, maşınqayırma, elektrik mühəndisliyi istiqamətlərində:

  • Bakalavr dərəcəsi üzrə təhsil alan III və IV kurs tələbələri;
  • Magistr dərəcəsi üzrə təhsil alan tələbələr;
  • Peşə məktəbləri və orta ixtisas təhsil müəssisələrinin sonuncu kurs tələbələri və həmin müəsisələri son 1 il ərzində bitirmiş məzunlar;
Seçim prosesi hansı mərhələlər və meyarlar üzrə həyata keçirilir? +
  •  I mərhələ - Elektron müraciət anketinin göndərilməsi;
  •  II mərhələ - müraciət edilənlərin aşağıdakı seçim meyarlarına uyğunluğun müəyyən edilməsi:
    •  İxtisas uyğunluğu;
    •  Qəbul imtahanlarında (bakalavr, magistr) toplanmış bal;
    •  Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) - 71 bal (100 ballıq sistemdə) və ya 3.0 bal (4 ballıq sistemdə) və daha yüksək olmalıdır;
    •  İştirak edilən təlimlər, seminarlar, konfranslar;
    •  Xarici dil bilikləri;
    •  Kompüter bilikləri.
  •  III mərhələ - seçim meyarlarına uyğun olan namizədlərlə müsahibənin keçirilməsi.

 

Necə müraciət etməli?

Təcrübə proqramında iştirak etmək üçün aşağıdakı keçid vasitəsilə müraciət etmək mümkündür.