TESTLƏŞDİRMƏ
page image

* Test imtahanın nəticəsində uğur qazanmış namizədlərə müsahibədə iştirakla bağlı bildiriş göndərilir.

* Namizəd bildirişdə göstərilən vaxtda müsahibənin başlanmasına azı 30 (otuz) dəqiqə qalmış müsahibə keçiriləcək ünvanda olmalıdır.

* Müsahibə tərkibi azı 3 nəfərdən ibarət olan Müsahibə Komissiyası tərəfindən keçirilir.

* Namizədlə müsahibə fərdi qaydada, maksimum 50 dəqiqəyədək aparılır.

* Müsahibə zamanı namizədin peşəkarlıq və fərdi keyfiyyət göstəriciləri müəyyən edilir.

* Peşəkarlıq göstəricilərinin müəyyən edilməsi məqsədilə namizədə 4 sual verilir.

* Namizədin peşəkarlıq göstəricilərinin (bilik, bacarıq və qabiliyyətlərinin) müəyyən edilməsi barədə suallara verdiyi cavablar vakansiyanın aid olduğu struktur qurumdan və sahə üzrə digər strukturlardan seçilmiş Komissiya üzvləri tərəfindən, fərdi keyfiyyət göstəriciləri üzrə suallara cavabları isə katib (İnsan resursları idarəsinin əməkdaşı) tərəfindən qiymətləndirilir.

Daha ətraflı

* Müsahibənin nəticəsi üzrə maksimum 100 bal toplamaq mümkündür.

* Maksimum balın 50 faizindən az bal toplamış namizədlər uğur qazanmamış hesab olunur.

* Maksimum balın 50 faizini və daha çoxunu toplamış namizədlərin sırasından vakansiyanın sayına uyğun ən yüksək bal toplamış namizədlər müsahibədən müvəfəqiyyətlə keçmiş hesab edilir.

* Maksimum balın 50 faizini və daha çoxunu toplamış, lakin tələb edilən saydan çox namizəd olduğuna görə barəsində təyinat aparılmamış namizədlər xarici kadr ehtiyatı bazasına daxil edilirlər.

* Keçid balı namizədin test imtahanında topladığı balı, müsahibə zamanı peşəkarlıq və fərdi keyfiyyət göstəriciləri üzrə aşağıdakı qaydada hesablanan faiz nisbətlərinin cəmlənməsi yolu ilə müəyyən edilir:

  • namizədin test imtahanda topladığı balın 10 faizi;
  • peşəkarlıq göstəriciləri üzrə müsahibədə topladığı balın 50 faizi;
  • fərdi keyfiyyət göstəriciləri üzrə müsahibədə topladığı balın 40 faizi.

* Müsahibə nəticəsində eyni bal toplayan namizədlərdən aşağıdakı ardıcıllıqla daha çox balı olan namizəd uğur qazanmış hesab olunur:

  • peşəkarlıq göstəricisi;
  • test imtahanının balı;
  • fərdi keyfiyyət göstəriciləri;
  • müvafiq sahə üzrə əmək stajı;
  • digər üstünlük göstəciləri (müvafiq sahə üzrə təhsil istiqaməti və ixtisası, sertifikatlar, xarici dil bilikləri, kompüter bilikləri və s.).

* Müsahibə ümumilikdə başa çatdıqdan sonra namizədin müsabiqə nəticələri barədə onlara elektron poçt vasitəsilə məlumat verilir.

* Müsahibədə və ya peşə imtahanında uğur qazanmamış namizəd yalnız həmin imtahan başa çatdıqdan 3 ay sonra eyni adlı (eyni növlü) vakansiya üzrə müraciət etmək hüququna malikdir.

* Namizədlə eyni vakansiya üzrə 1 il ərzində üç dəfədən artıq müsahibə keçirilmir.