İLKİN SEÇİM
page image

* İlkin seçim mərhələsinin nəticəsində göstəriciləri müraciət etdiyi vakansiyanın tələblərinə uyğun olan namizədlərə test imtahanında iştirakla bağlı bildiriş göndərilir.

* Namizədlər bildirişdə göstərilən vaxtda imtahanın başlanmasına azı 30 (otuz) dəqiqə qalmış imtahan keçiriləcək ünvanda olmalı, mütləq özü ilə şəxsiyyət vəsiqəsini gətirməlidir.

* Namizədlər imtahan zalında öz yerlərini tutduqdan sonra nəzarətçinin qısa təlimatını diqqətlə dinləməli, təlimat aydın olmadıqda nəzarətçiyə müraciət etməlidir.

* Təlimatlandırma başa çatdıqdan sonra nəzarətçi tərəfindən imtahanın başlanması elan olunur.

* Test imtahanı qulluqçu vəzifələri üzrə 100 (yüz), fəhlə peşələri üzrə isə 60 (altmış) dəqiqə müddətində fasilə verilmədən keçirilir.

* Qulluqçu vəzifələri üzrə test imtahanında namizədə aşağıdakı istiqamətlər üzrə cəmi 50 (əlli) sual verilir:

Daha ətraflı

  • məntiqi təfəkkürün yoxlanılması ilə bağlı 15 sual;
  • dünyagörüşünü müəyyən etmək üçün 5 sual;
  • namizədin iddia etdiyi vəzifə üzrə biliklərini müəyyən etmək üçün 30 sual.

* Qulluqçu vəzifələri üzrə test imtahanında uğur qazanmaq üçün namizəd azı 25 bal (8 bal məntiqi təfəkkür, 2 bal dünyagörüşü və 15 bal iddia edilən vəzifə üzrə) toplamalıdır.

* Fəhlə peşələri üzrə test imtahanında namizədə aşağıdakı istiqamətlər üzrə 30 sual verilir:

  • dünyagörüşünü müəyyən etmək üçün 5 sual;
  • namizədin iddia etdiyi peşə üzrə biliklərini müəyyən etmək üçün 25 sual.

* Fəhlə peşələri üzrə test imtahanında uğur qazanmaq üçün namizəd azı 12 bal (2 bal dünyagörüşü və 10 bal peşə bilikləri üzrə) toplamalıdır.

* Test imtahanında hər düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Suala verilmiş səhv cavab və sualın cavabsız saxlanması düzgün cavabların balına təsir etmir.

* Hesablamalar və qeydlər aparmaq üçün namizəd lazımi ləvazimatlarla təmin edilir.

* Nəzarətçi tərəfindən imtahanın başa çatması elan olunduqdan sonra namizəd dərhal imtahan zalını tərk etməlidir.

* Test imtahanının nəticələri barədə bütün namizədlərə ən geci 3 iş günü ərzində telefonla zəng vurulmaqla və elektron məktub vasitəsilə məlumat verilir. Həmçinin uğur qazanan namizədlərə növbəti mərhələ - müsahibə və ya peşə imtahanının keçirildiyi vaxt və yer barədə bildiriş göndərilir.

* Uğur qazanmış namizədlərlə testin nəticələri elan edildikdən sonra 15 iş günü ərzində müsahibə keçirilir. Zəruri hallarda göstərilən müddət əvvəlcədən xəbər verilməklə uzadıla bilər.