YADDAŞ KİTABÇASI
page image

“Azərbaycan Dəmir Yolları” QSC-nin işə qəbul sistemi onun insan resurslarının zəruri peşəkarlığa və yüksək hazırlığa malik işçilərlə möhkəmləndirilməsi və eyni zamanda əməkdaşların karyeralarının, o cümlədən təşəbbüskarlıq və təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsi üçün zəruri işçi ehtiyatının formalaşdırılması məqsədilə müsabiqə üsuluna əsaslanaraq dizayn edilmişdir. Müsabiqədə uğur qazanmaq üçün siz yüksək bilik nümayiş etdirməklə yanaşı bu “Yaddaş kitabçası”nda göstərilənləri mütləq nəzərə almalı və Cəmiyyətin işə qəbul qaydalarına əməl etməlisiniz.