KARYERA
page image

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin müasir tələblərə uyğun inkişaf etdirilməsi, qarşıda duran vəzifələrin və funksiyaların uğurla yerinə yetirilməsi ilk növbədə Cəmiyyətdə insan resursları sahəsində işin düzgün həyata keçirilməsi, insan resursları potensialının yüksək ixtisasa və müasir dünyagörüşünə malik mütəxəssislər hesabına həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində insan resurslarının idarə edilməsi işinin səmərəli təşkili və icrası diqqət mərkəzində saxlanılmaqla milli qanunvericiliyin tələbləri, həmçinin müvafiq beynəlxalq təcrübə əsas götürülərək bu sahədə ardıcıl planlı tədbirlər aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC-də işə qəbul mərkəzləşdirilmiş və kollegial qaydada daha obyektiv və şəffaf prosedurlarla vahid mexanizm əsasında həyata keçirilir.

Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC-nin insan resurslarını zəruri peşəkarlığa və yüksək hazırlığa malik işçilərlə möhkəmləndirmək və eyni zamanda əməkdaşların karyeralarının, o cümlədən təşəbbüskarlıq və təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsi üçün yeni işə qəbul və karyera idarəçiliyi sistemi dizayn edilmişdir.