TEZ-TEZ SORUŞULAN SUALLAR
page image
1. “Azərbaycan Dəmir Yolları” QSC-də vakansiyalar barədə məlumatı necə əldə edə bilərəm?

Bütün vakansiyalar www.ady.az/az/career/vacancy/69 vebsaytında əks olunur.

2. Elektron poçt vasitəsilə CV qəbul edirsinizmi?

“Azərbaycan Dəmir Yolları” QSC-də daxili İşə Qəbul Qaydalarına uyğun olaraq, bütün namizədlər vakansiyalar üçün https://ady.az/az/career/vacancy/69 saytı vasitəsilə müraciət etməlidirlər.

3. CV-min ilkin seçimdən keçməsi barədə məlumatı necə əldə edə bilərəm?

Əgər sizin göstəriciləriniz vakansiyanın tələblərinə uyğundursa, həmin vəzifə üçün namizədliyiniz qəbul olunacaq və test imtahanına dəvət etmək üçün İşə qəbul şöbəsinin əməkdaşı sizinlə əlaqə saxlayacaqdır.

4. Əgər mənə bir neçə vakansiya maraqlı olarsa mən birdən artıq vakansiyaya müraciət edə bilərəm?

Namizəd tələblərinə uyğun gələn bir neçə vakansiya üzrə eyni zamanda müraciət edə bilər. Lakin müraciət etdiyi vakansiyalar üzrə müsabiqə vaxtı eyni tarixə və saata təyin edildikdə, bu halda o, yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.

5. “Azərbaycan Dəmir Yolları” QSC-də müsabiqə hansı formada həyata keçirilir?

“Azərbaycan Dəmir Yolları” QSC-də müsabiqə bir qayda olaraq, aşağıdakı formalarda həyata keçirilir.

Qulluqçu vəzifələri üzrə: test və müsahibədən ibarət müsabiqə.

Fəhlə peşələri üzrə: test və peşə imtahanından ibarət müsabiqə.

6. Test imtahanının nəticələri barədə namizədlərə hansı müddət ərzində məlumat verilir?

Test imtahanının nəticələri barədə bütün namizədlərə ən geci 3 iş günü ərzində telefonla zəng vurulmaqla və elektron məktub vasitəsilə məlumat verilir. Həmçinin uğur qazanan namizədlərə növbəti mərhələ - müsahibə və ya peşə imtahanının keçirildiyi vaxt və yer barədə bildiriş göndərilir.

7. İşə qəbul ilə bağlı Test/Peşə Sınaq İmtahanı/Müsahibələrin keçirilmə ünvanı, tarixi və vaxtı haqqında məlumatı hardan əldə edə bilərəm?

Test və müsahibənin keçirilməsi barədə məlumat imtahana azı 3 iş günü qalmış namizədin elektron poçt ünvanına imtahanın yeri və vaxtı barədə bildiriş göndərilir.

8. Mənim işləmək istədiyim regionda/rayonda vakansiyaların olması barədə məlumatı necə əldə edə bilərəm?

“ADY” QSC - də açılan bütün mövcud vakansiyalar Cəmiyyətin korporativ veb-saytının müvafiq bölməsində yerləşdirilir. Saytımızın “Karyera” bölməsinin “Vakansiyalar” hissəsində yerləşdirilmiş “Axtar” mexanizmi vasitəsilə işləmək istədiyiniz ünvan adı üzrə axtarış apararaq müraciət edə bilərsiniz.

9. Namizədlərlə keçirilən test imtahanı hansı sahələri əhatə edir?

Namizədin dünyagörüşünü, məntiqi təfəkkürünü, iddia etdiyi vəzifə (peşə) üzrə biliklərini müəyyən etmək məqsədi ilə onunla test imtahanı keçirilir.